Robert Koçaryan-Əgər ruslar bizi ölümə vermək istəmirlərsə vədlərinə əməl edəcəklər - - Faiq İsmayılov

Robert Koçaryan-Əgər ruslar bizi ölümə vermək istəmirlərsə vədlərinə əməl edəcəklər - Faiq İsmayılov

https://www.facebook.com/groups/604248139738662/ 

 

Petrosyan Koçaryana dedi: “Müharibədən sonra mən sənə qədim erməni dilini öyrədəcəm”.


Dağlıq Qarabağ münaqişəsinin yaradılması və alovlandırılması Rusiyanın Cənubi Qafqaz sayəsətinin tərkib hissəsidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü üzdə “tanısada”, Azərbaycanın daxilində erməni seperatizminə hərbi, maddi və mənəvi dəstək verir.

Qarabağ münaqişəsinin baş vermə səbəblərinin təhlili edərkən Rusiyanın bu seperatçı cinayətkar qurumu dəstəkləməsini, yüksək çinli Ermənistanın hökumət rəhbərlərinin və Qarabağdakı cinayətkar qurumun rəhbərlərinin etirafları sübut edir. Müasir erməni düşüncəsində ant-türk təbliğatının qızışdırılması da bu siyasətin nəticəsi kimi izah olunur.

Ermənistanda, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevrilməsinin yolverilməzliyini, bunun Beynəlxalq Hüquqa zidd olduğunu anlayan və buna etiraz edən Ermənistan vətəndaşları ya vəzifələrindən uzaqlaşdırılır, ya öldürülür, ya da vətən “xaini” kimi ölkədən qovulurlar.Buna misal olaraq, 1999-cu ildə ABŞ-ın Qarabağla bağlı sülh planının hazırlığında iştirak edən K. Dəmirçiyan oktyabrın 27-də Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha 6 deputat terrorçu qrup tərəfindən parlamentdə güllələnməsini göstərmək olar.


Ermənistanın birinci Prezidenti Ter-Petrosyan 14 iyun 1993-cü ildə Xankəndinə(Stepanakertə) gələrək Robert Köçəryanla görüşüb onunla Dağlıq Qarabağ ətrafındakı rayonların işğalına son qoyulması tələbindən sonra yəni 1997-ci ildə inqilab yolu ilə devrildi. Bu görüşdə Robert Köçəryanla bərabər Daşnaksütun təşkilatının Ali Məsləhət şurasının üzvləri və digər tərəftaşları iştirak edirdilər. Lakin bu görüşün nəticəsi olaraq heç bir sənəd imzalanmadı. Robert Köçəryan və Georgi Petrosyan müharibədən çəkinməyi “özünü intihar” kimi qiymətlədirdilər və bu görüşün motivləri uzun müddət ictimaiyyətdən gizli saxlanıldı.

 

2009-cu ilin fevralında Q.Baqdasaryan adlı bir jurnalist bu görüşün stenoqramasını Ermənistanın “Analitikon” jurnalında çap etdirdi. Görüşün məzmunundan aydın olur ki, Azərbaycan ərazilərinin işğalında Rusiya həm birbaşa və həm də dolayısı ilə iştirak edib. Stenoqramasın qısa məzmunu belədir.

Levon Ter-Petrosyan: - Mən tək gəlirdim, lakin Babken Ararksyan, Vano Papazyan, Vazgen Sarkisyan etiraz edərək məni tək buraxmadılar. Mənimlə gəldilər. Mən sizə son sözümü deməyə gəldim. Sizinlə mübahisə etməyəcəm. Biz hər şeyi bir-birimizə danışmışıq. Mən sizin arqumentləri bilirəm siz də mənim. Toplananların yerini dəyişsək də cəm dəyişməyəcək Mən dediklərimi təkrar etməyəcəm, amma bunları sizə deməliyəm;

Əgər bu gün Ermənistan Qarabağa birləşib Azərbaycana qarşı müharibə aparırsa və bu uğursuz müharibəni dayandırmırsınızsa o zaman siz bütün dünya ilə mübarizə aparmalı olacaqsınız. Beynəlxalq ictimaiyyətə qarşı hiyləgər ola bilməzsiniz, əgər olarsansa buna görə cavab verəcəksiniz. Siz bu ölkənin varlığını qorumalısınız. Siz nə Türkiyənin, nə Azərbaycanın, nə də İranın timsalında düşmən axtarmalı deyisiniz. Sizin düşməniniz Rusiyadır.

Onlar 300 illik erməni-rus münasibətlərində son yarım il olduqları qədər səmimi olmayıblar. Bu isə Yeltsinin və Ter-Petrosyanın sayəsində baş verib. Əgər bu gün Qarabağ sizin idarəçilyinizdədirsə bunun üçün yalnız Rusiyaya minnətdar olmaq lazımdır.

Rusiya Yeltsinin simasında bu xəritənin avtoritetidir. Əgər allah göstərməsin o sizdən üz çevirsə 40 gün sonra patronunuz tükənəcək, 7 gün sonra isə şörəyiniz. Eltsin verdiyi sözə əməl etməyib Batumidən geri dönsə siz Ermənistanın çörəksiz qalacağı halda nələr olacağını düşünürsünüzmü?

Keçən dəfə biz konsersusla bağlı qərar qəbul etdik. Lakin siz Georgi Petrosyanı tərk etsənizdə yalnız o razılaşdı və imza etdi. Siz bizi fakt qarşısında qoydunuz. Bu hamıya aiddir. Mən yenidən sizə döndüm və sizin razılığınız üçün 10 gün Qarabağda girov qalmağa hazıram.

Robert Koçaryan soruşdu: - Levon Akopoviç salam nə deməkdir?
Hörmət deməkdir Robert, Müharibədən sonra mən sənə qədim erməni dilini öyrədəcəm

Kimsə sual verdi: - Bəs assuriyaca nə deməkdir?

Levon Ter-Petrosyan: - Mübahisə yaratmayın mən çıxıram yarım saat sonra qayıdacam.

Kimsə yenidən sual verdi: - Sonra nə olacaq?

Левон Тер-Петросян: - Cənablar sonra şampan içib rəqs edəcəyik.

Levon Ter-Petrosyan faktiki olaraq Qarabağın erməni klanı üzərində hakimiyyətini bərpa edə bilmirdi. Qarabağda yaradəlan komitə üzvləri arasında özbaşınalıq hərc-mərclik pik həddə çatmışdı. Burada yeni yaradılan idarəetmənin qanuna uyğunlaşdırılması mümkün deyildi. Xankəndinə toplaşan cinayətkar dəstə yalnız qan tökməklə sakitləşirdilər. Levon, bu cinayətkar qrupun nə vaxtsa onun hakimiyyətinə qarşı çıxacağını da düşünərək sakitcə otaqdan çıxdı. O, otaqdan çıxanadək sakitlik yarandı. Sonra müzakirələr davam etdi.

Samvel Babayan: – Biz heç vaxt satılmayacağıq, indi biz başqa məxfi sənədləri imzalayıb dağılışaq. İki gün sonra Mardakertə (Ağdərə) hücum etməliyik.

Robert Koçaryan: – Məncə ambarda toxunulmaz silah-sursat ehtiyatı olmalıdır. Biz onunla türklərin (azərbaycanlıların) istənilən hücumlarının qarşısını ala bilərik. Onun (Levon Ter-Petrosyan nəzərdə tutulur) bundan xəbəri yoxdur. O, sözünün ağasıdır dediyinə əməl edir. Olsun ki bu məsələdə kimsə ona qarant durub. Belə danışırıq, buradan çıxandan sonra deyəcəyik “biz satqın deyilik”.

Valeri Balayan – Mən birmənalı şəkildə Levonun təklifinə yox deyirəm. Samvel düz deyir bizim daşıdığımız məsuliyyəti heç kim öz üzərinə götürməyəcək. Bizim yeganə şansımız azərbaycanlılar üzərinə hüçum etməkdir. Mən məsləhət bilmirəm Levonun təqdim etdiyi sənədə qol çəkək.

Robert Koçaryan – Belə hallarda hökmən bir qərar qəbul etmək lazımdır, bu görüşün bir protokolu olmalıdır. Mən yeganə təhlükəni rusiya tərəfindən görürəm. Kozırev və Barannikov nahaq yerə bura gəlməmişdilər. Avqustda hansı vəziyyətə düşdüyümüz yadınızdan çıxıbmı?

Valeri Balayan – Bütün hallarda çətin olacaq. Əgər Ermənistan hakimiyyəti Ter-Petrosyanın əlindədirsə biz onun bir adamını yanımıza gətirməliyik. Gəlin birlikdə düşünək onun hansı adamı bizə “hə” deyər, biz bura kimi gətirək?

Samvel Babayan – Biz bilmirik Rusiya bizim qarşımıza hansı şərti qoyacaq. Təki Rusiya bizi silahla təmin etsin, o zaman mən Bakınıda təslim edərəm.

Valeri Balayan – Sizə məlumdurmu kim hansı öhtəlikləri icra edəcək?

Samvel Babayan – Əgər rusiya öz öhtəliyini 60 gün ərzində icra etməzsə, biz də öhtəliyimizi pozarıq.

Robert Koçaryan – Təklif edirəm öhtəliklərin yerinə yetirilməsi barədə qrafik hazırlayaq. Əgər ruslar bizi ölümə vermək istəmirlərsə vədlərinə əməl edəcəklər.

Levon Melik-Şahnazaryan – Qrafik hazırlayaq bir ay işlərin gedişinə nəzarət edək görək kim öhtəliklərə necə əməl edir.

Samvel Babayan – Bir ay yox 60 gün.

Karen Baburyan – Bu məsələyə “hə” və ya “yox” demək heç nəyi həll etməyəcək. Yaxşı olar ki, “hə” deyib məsələ ətrafında manevr edək.

Valeri Aleksanyan – Hər birimiz qəlbimizdə bu məsələyə “yox” demişik. Lakin ümumi vəziyyət bizi məcbur edir ki “hə” deyək. “Hə” deməyimiz əslində elə “yox” deməkdir.
Грант Хачатрян – Burada tək Kəlbəcər məsələsi deyil, əsas məsələ Ermənistanın Qarabağ məsələsində bizimlə ortaq məxrəcə gəlməyimizdir. Mən Samvelin təklifini məqbul hesab edirəm. Bizim məlumatımız yoxdur, yoxsa Levon bu qədər narahat olmazdı. Əgər təklifimizə “yox” cavabı alarıqsa o zaman Ermənistan hakimiyyətinə qarşı çıxarıq.

Robert Koçaryan – Gəlin qısa edək.

Arkadi Qukasyan – Qrant sən sabah “hə” və ya “yox” deyib manevr edə bilərsən elə isə ordunu nəyə görə ərazidən çıxarmalıyıq?

Robert Koçaryan – Prinsipcə Levonun bu məsələyə ciddi yanaşması hansısa təhlükənin mövcudluğundan xəbər verir. O mənə gecə yarısı zəng edəndə təcüb etdim. Bax məni qorxudan da budur. Onun məlumatı çoxdur. Onun davranışı xarakterinə uyğun gəlmir. Gorusdan sonra o bizimlə nəzəri cəhətdən danışmamalı olsada ayaqlarımıza gəldi.

Armen İsaqulov – Vəziyyət bizim düşündüyümüzdən daha ciddidir. Biz qapını çırpıb “yox” deyiriksə bütün körpüləri yandırırıq.

Georgi Petrosyan – Son sözün nədir “hə” yoxsa “yox”?
Armen İsaqulov – Hə deyirəm

Robert Koçaryan – Onun gəlişi bizim məsuliyyətimizi aradan qaldırır.

Slava Aqabalyan – Lazım deyil “yox” deyib gözləmək ki, sonrası necə olacaq. Məsuliyyəti üzərimizə götürüb “hə” deməliyik.

 

Hamlet Qriqoryan – Mən “yox” deyirəm.

 

Valeri Qazaryan – Mən əvvəl “yox” deyirdim indi fikirləçirəm.

 

Levon Melik-Şahnazaryan – Mən də “yox” deyirəm.

 

Robert Koçaryan – Sən Georgi Petrosyanın xətrinə “yox” deyirsən?

 

Bu stenoqramı bir az da uzatmaq olardı, lakin bunu yaymaqda məqsəd Rusiyanın Azərbaycana qarşı ikiüzlü siyasətini diqqətə çatdırmaqdır.

 

Ermənistanda Rusiyanın Qarabağ planını açıqlayan ekspert, jurnalist Tatul Akopyan dediyinə görə, münaqişənin mərhələli həllini nəzərdə tutan bu sənəd 1997-ci ildə prezident Levon Ter-Petrosyanın devrilməsi ilə nəticələndi.

 

Faiq İSMAYILOV




Отрывок из книги Карабахский дневник; Зеленое и черное

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !