SƏNƏTKARLIQ MƏHƏLLƏSİ – 2019 adlı NOVRUZ FESTİVALI - + FOTOLAR (AZpress.AZ – Sadiq Əliverdibəyli)

“SƏNƏTKARLIQ MƏHƏLLƏSİ – 2019” adlı NOVRUZ FESTİVALI + FOTOLAR (AZpress.AZ – Sadiq Əliverdibəyli)

 AZpress.AZ xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 21-22 mart 2019-cu il tarixlərində Novruz bayramı münasibətilə “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcəkdir.

“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda baş tutacaq festivalda müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcəkdir. Milli və müasir musiqi nömrələrinin, milli rəqslərin, maraqlı, hədiyyəli viktorina və oyunların yer alacağı tədbirdə həmçinin yeni Qala Atçılıq mərkəzinin açılışı da baş tutacaqdır.

Novruz festivalında aşağıda qeyd olunan təqdimatlar da keçiriləcəkdir:

- Atlıların müşayiəti ilə məşəllərin gətirilməsi və bayram tonqalının yandırılması;

- “Zorxana” nın pəhləvan güləşçiləri və “türk döyüşü növləri”ni nümayiş etdirən 90 nəfərlik idmançı qrupların möhtəşəm çıxışları;

- “Face Art” və xınayaxdı mərasimlərində milli bəzək və naxışların çəkilməsi, eləcə də uşaqlar üçün “Pozitiv kids” studiyasında maraqlı əyləncələrin təşkili;

- Tədbir boyu qurulmuş xüsusi çadırlarda taxta üzərində oyma işləri, dekorativ narların, milli geyimli gəlinciklərin hazırlanması, bəzək əşyalarının toxunması və tikilməsi kimi əl işlərinin icra proseslərinin nümayişi;

- Azərbaycan mətbəxinin əvəz olunmaz hissəsi olan çay dəstgahı - samovar çayı, şabalıd qovurması, “Səməni” halvası və kababların hazırlanması, lavaşın bişirilməsi, meyvə şirələrinin, müxtəlif çərəzlərin satışı.

Festival günlərində şəhərimizin sakinləri və xarici qonaqların şənlikdə rahat iştirakının təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcəkdir.
Festival 2 gün müddətində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !