Baku Crystal Hall da dünya şöhrətli rəssam Sakit Məmmədovun əsərləri sərgisi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Baku Crystal Hall”da dünya şöhrətli rəssam Sakit Məmmədovun əsərləri sərgisi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

 AZpress.AZ xəbər verir ki, Sakit Məmmədovun 60 illiyinə həsr edilmiş sərgi “Baku Crystal Hall”un rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olunub. Ekspozisiyaya rəssamın 170 işi daxıldır. Sərginin açılışında Baş nazirin birinci müavini Əli Əhmədov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və digərləri çıxış ediblər. Onlar fırça ustasının Azərbaycan milli incəsənətinin inkişafına və onun xaricdə təbliğinə sanballı töhfə verdiyini vurğulayıblar.

“Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov Sakit Məmmədovun incəsənətdə yüksək peşəkarlığına və seçdiyi peşəyə sadiqliyinə görə onu “Dövrün yaradıcısı” (“Tvorets epoxi”) ordeni və diplomu ilə təltif edib.

Sərgi martın 25-nə qədər davam edəcək.

Sakit Məmmədovun əsərləri dünyanın bir sıra məşhur qalereyalarında nümayiş etdirilir. Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Avstriya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olmuş Sakit Məmmədovun əsərləri şəxsi kolleksiyalarda və dünya muzeylərində saxlanılır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !