İdman ruhun qidasıdır layihəsi - (+FOTOLAR)

“İdman ruhun qidasıdır” layihəsi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin C kateqoriyası üzrə Sabirabad rayonundan Cəfərova Münəvvər Eldəniz qızının qalibi olmuş “İdman ruhun qidasıdır” adlı layihəsinin icrası uğurla başa çatmışdır.

Layihənin əsas məqsədi Sabirabad rayonunun kənd məktəblərində idman və bədən tərbiyəsi ilə əlaqədar maarifləndirmənin təşkili ilə gənclərdə idmana marağın artırılması və qızlar arasında voleybol yarışlarının təşkil olunmasıdır. Layihə Sabirabad rayonunun 4 kənd məktəbində icra edilmişdir.Layihənin icrası müddətində rayonun 4 kənd məktəbinin hərəsində bir dəfə olmaqla ümumilikdə dörd maarifləndirmə görüşü və 3 dəfə voleybol yarışının keçirilməsi nəzərdə tutulmuşdur.
İdman və bədən tərbiyəsinin insan orqanizminə müsbət təsiri,bəzi xəstəliklərin qarşısının alınmasında idmanın xüsusi rolu mövzularına həsr edilmiş hər bir maarifləndirmə görüşündə layihə rəhbəri layihə haqqında məlumat verdikdən sonra idmanın insan həyatında xeyrindən geniş danışaraq məlumat vermişdir.Görüşlərin sonunda təşkil ediləcək voleybol yarışları haqqında danışan layihə rəhbəri hər bir məktəbin voleybol komandasının təşkilini və məşqlərin keçirilməsini məktəbin idman müəlliminə həvalə etmişdir.Sonra voleybol oyunlarının keçirilmə qaydalarına uyğun hazırlanmış videoçarxlar və xüsusi hazırlanmış təqdimatlar nümayiş etdirilərək gənclər təlimatlandırılmışdır.

Maarifləndirmə görüşləri bitdikdən və məktəblər komandalarını seçib onlarla məşq edərək hazır olduqdan sonra bütün komandalar 08.02.2019-cu il tarixində Ulacalı kənd tam orta məktəbin idman zalında toploanmış,onların hər birinə layihəyə uyğun xüsusi hazırlanmış idman geyimləri paylanmış və püşkatma keçirilmişdir.Püşkatmaya əsasən Axısxa və Bulduq komandaları bir,Ulacalı və Mürsəlli komandaları isə bir-birləri ilə görüşmüşdür.Yarışın sonunda çay süfrəsi təşkil edilmişdir.
12.02.2019-cu il tarixdə yarımfinal oyunu keçirilərək əvvəlki oyundan uduzan Mürsəlli və Axısxa komandaları görüşdürülmüşdür.Digər iki məktəbin kiomandaları isə onlara azarkeşlik etmişdir.Nəticə etibarilə Axısxa komandası qalib olaraq 3-cü yeri qazanmışdır.

28.02.2019-cu il tarixdə layihənin icrasına əsasən final yarışı təşkil olunmuşdur və hər 4 məktəbin kiomandası bir araya gəlmişdir.Oyun zamanı Ulacalı kənd tam orta məktəbin komandası qalib olaraq 1-ci yeri qazanmışdır.Bulduq kənd tam orta məktəbin komandası isə 2-ci yerə sahib olmuşdur.

Yarışın sonunda 1-ci yerin sahibləri medallar və Fəxri Fərmanlarla,2-ci və 3-cü yerin sahibləri Fəxri Fərmanlarla təltif edilmişdir.Bütün 24 nəfərlik komanda heyətinə onlar üçün xüsusi olaraq layihə çərçivəsində hazırlanmış voleybol geyimi paylanılıb təhfil verilmişdir.

Yekunda 4 məktəbin komandası və direktorlarından ibarət rəhbərləri ilə birlikdə xatirə şəkili çəkilmiş və çay süfrəsi arxasında oyunun təəssüratları bölüşdürülmüşdür.

Ümumilikdə layihənin icra müddəti 10 dekabr 2018-ci il -10 mart 2019-cu il tarixlərini əhatə etmiş və layihə kənd məktəbləri üçün bir yenilik olmuşdur.Məktəblər layihədən kənar bu kimi məktəblərarası yarışların vaxtaşırı keçirilməsinin zəruri olduğunu qeyd etmiş və gələcəkdə bu yarışların məzmununu daha da zənginləşdirmək fikrində olduqları qənaətində olduqlarını bildirmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !