Albalı ağacının çiçək açması... - (ViDEO+FOTOLAR)

Albalı ağacının çiçək açması... (ViDEO+FOTOLAR)

“Sakura” - sözü yapon dilindən tərcümədə: “ Albalı ağacının çiçək açması” - mənəsını verir... 17 mart 2019 - cı il tarixində bu ağacın, yəni Azərbaycanda fəaliyyət göstərən idman klublarından biri “ Sakura Aikido Məktəbi ” - nin 4 yaşı tamam oldu. Tədbirin rəsmi açılışında ilk söz Azərbaycan Respublikası Ciu-Citsu Federasiyasının Prezidenti Mirəli Seyidova verildi, qonaqlar arasında Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin ikinci katibi, Konsulluq və Təhlükəsizlik Şöbəsinin Rəhbəri cənab Daiji Aşizuka da çıxış edərək ürək sözlərini söylədi.

Müəllimlər sovet dövründə onlara istiqamət verən, öyrədən, canlı əfsanə, ustad Mirəli Seyidova minnətdalıqlarını bildirdilər. Bu gün formalaşan tələbələr öz məktəblərini yaradır, digər məşq yoldaşlarının təsis etdikləri idman klubları ilə birlikdə inkişaf edərək əməkdaşlıq edirlər. Üstünlüklər odur ki, beynəlxalq seminarlarda klublar birləşərək uğurla iştirak edir, daha sonra məşq prosesində hər məktəb öz əsaslı bilgilərini digər məktəblə bölüşür və tədbiq olunaraq təcrübədən keçirir.
Hər sənətin, peşənin, öz yolu, öz dili vardır. Yaponlar bu yola “ Budo” deyirlər, - döyüşçü yolu... Biz informasiya və texnalogiyaların inkişaf etmiş dövründə yaşayırıq, əlbəttə bu gün döyüş sənətləri əsas mənasını özünə qalib gəlməyə yönəlib və bu istiqamətdə təlim, məşq keçən idman klubları sağlam gələcəyə xidmət etdir...
“ Sakura Aikido Məktəbi “ - nin təsisçi və müəllim heyyəti:
Təşkilatı işlər üzrə direktor, təsisçi - müəllim Aikido və Ciu-Citsu döyüş növləri üzrə 2-ci dan qara kəmər ustası Tural Süleymanlı,
2-ci dan qara kəmər ustası Nazim Kərimli,
2-ci dan qara kəmər ustası Əhəd Süleymanlı,
müəllim heyyəti: Qabil Allahverdiyev, Tofiq Nəcəfov, İlham İbişov, Əfqan İbişov, Svetlana İbişova, Şamil Şamilov, Mərdan Kamallı, Rəşad Əlibaxışov, Teymu Nəcəfov
Dəvət olunmuş idman klubları:
“ Azərbaycan Kendo Təşkilatı “ : Ramazan Ağayev, Dilqəm Osmanov, Ramin Məmmədzadə
Azərbaycan Respublikası Ciu-Citsu Federasiyasının Mətbuat katibi Rüfət Abdullayev
“ Motoha - Yoşin - Ryu - Bujitsu - Azərbaycan”: Ruslan Mollayev, Nəcibə Məcidova, İrina Məcidova, Əziz Əzizov, Kseniya Şirinova
“ Buşi - Jitsu ” : Əli İskəndərov və. s
- İdman klublarının məşqçi və təlimatçıları da “Sakura Aikido Məktəbi” - nin yaranması münasibətiylə təbrik edərək, gələcəkdə müvəffəqiyyətlər arzuladılar. Diqqət və birliyi qiymətləndirən məktəb heyyəti gələn qonaqları təşəkkürnamələrlə, zəhməti olan bütün məşqçi və tələbə heyyətini fəxri diplomlarla mükafatlandırdılar. Tədbirdə çıxış edən üzvlərinin nitqləri diqqətlə dinlənildikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris və elmi işlər üzrə Prorektoru Təhminə xanım Tağızadə bu istiqamətdə işlərin aparılması İdman Akademiyasının da marağında olduğunu qeyd etdi...
Daha sonra Xarici Dillər Universitetinin Yapon dili müəllimi və Yaponiyaşünaslıq mərkəzinin rəhbəri Yaşar İbrahimov da öz istiqamətində məktəbin inkişafı üçün töhfələrini verməyə hazır olduğunu bildirdi. Tədbirin rəsmi hissəsindən sonra tort kəsilərək, çay süfrəsində bir daha görülən işlərdən, gələcək planlardan danışıldı...
Hədəflər böyük, yol uzun... Bu yolda “ Sakura Aikido Məktəbi ” - nin bütün üzvlərinə uğurlar diləyirik, diləyirik ki, işləri Çexovun “ Albalı bağı ” peysindəki kimi deyil, hər işdə səmimilik, dürüstlük, dostluq və birlik üzərində qurularaq uğurlar əldə etsinlər... Hər addım Müstəqil Azərbaycan naminə!...


Ruslan Mollayev

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !