Bayram günlərində Lənkəran teatrı uşaqları yeni tamaşa ilə sevindirəcək - +FOTOLAR (Azpress.AZ, Ağaddin Babayev)

Bayram günlərində Lənkəran teatrı uşaqları yeni tamaşa ilə sevindirəcək +FOTOLAR (Azpress.AZ, Ağaddin Babayev)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində Lənkəran Dövlət Dram Teatrı uşaqları yeni bayram tamaşası ilə sevindirəcək.
AZpress.AZ xəbər verir ki, martın 22, 23, 24 və 25-də teatrın səhnəsində gündə iki dəfə (saat 10.00 və 12.00) Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Sehirlənmiş qız” musiqi nağıl-tamaşası nümayiş etdiriləcək. Dostluq, mehribanlıq ideyasını təlqin edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rollarda aktyorlardan əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Aysel Cahangirova, Arzu Abbaszadə. Məleykə Cəfərova, Amil İbrahimli və digərləri çıxış edirlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )