Sumqayıt Dövlət Dram Teatrı - Novruz bayramı günlərində kiçik yaşlı tamaşaçıları sevindirəcək…

Sumqayıt Dövlət Dram Teatrı Novruz bayramı günlərində kiçik yaşlı tamaşaçıları sevindirəcək…

Sumqayıt Dövlət Dram Teatrı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası
ilə kiçik yaşlı tamaşaçıları sevindirəcəkdir. Novruz elementləri ilə fərqli çalarda
hazırlanan, bayram tətili günlərində öz tamaşaçılarının xoş istirahətlərini təmin
etmək məqsədilə repertuara əlavə olunan nağıl –tamaşada gənc və istedadlı
aktyorlar yer alır. Səhnə əsərində obrazları Şəhla Məmmədova, Ceyhun
Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən
Əsgərov canlandırır.
Məlumat üçün bildirək ki, bayram tamaşaları 20- 25 mart, hər gün 3 (21,
22, 23 mart 4 seans ) seans olmaqla saat 11:00, 13:00, 15:00, 17:00-da
oynanılacaq.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !