Sahibkarlığın əsasları layihəsi... - (+FOTOLAR)

“Sahibkarlığın əsasları” layihəsi... (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

AZpress.AZ xəbər verir ki, 27-28 fevral və 1 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin tərəfdaşlığı ilə Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə peşəkar gənc kadrların formalaşmasına dəstək olacaq “Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib.

Layihənin ilk təlimçisi ABŞ-ın Vaşinqton Universitetinin magistr pilləsi üzrə məzunu, daha sonra həmin universitetdə investisiyaların cəlb edilməsi üzrə mütəxəssiz kimi çalışmış və hazırda UNEC Biznes Məktəbinin sahibkarlıq fənni üzrə müəllimi Nərmin İbrahimova olmuşdur. Layihənin ikinci təlimçisi isə Yunus Sosial Biznes Mərkəzinin direktoru, Human Foundation təsisçisi, UNEC Biznes Məktəbinin kiçik və orta sahibkarlığın idarəedilməsi müəllimi, One Young World səfiri, sosial sahibkar Fəridə Əsgərzadə olmuşdur.

Layihənin əsas məqsədi bu təlimlər müddətində gənclərin biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi, biznes ideyanın seçilməsindəki əsas meyarlar və marketinq araşdırmasında metodologiyaları haqqında nəzəri biliklərə yiyələnməsi olmuşdur.

Təşkil olunan “Sahibkarlığın əsasları” layihəsində iştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr apararaq iqtisadi analiz bacarıqlarını göstərmək üçün imkan qazanıblar.

Həmçinin gənclər layihənin gedişatı zamanı yalnız təlimlərlə kifayətlənməyib, bir neçə biznes ideyalarını komanda olaraq çalışıb təqdimatlar hazırlayaraq nümayiş ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !