Çempionluq yolunda itirilən qızıl xalları yenidən qaytarmaq...asan olmayacaq... - - Tahir Süleymanov

Çempionluq yolunda itirilən qızıl xalları yenidən qaytarmaq...asan olmayacaq... - Tahir Süleymanov

https://www.facebook.com/groups/458090628035596/ 

 

"Neftçi" çempionatda ən yaxşı oyununu keçirirdi. Fiziki, psixoloji, taktiki hazırlıq, hücum futbolu komandanın ənənəvi üslubunu xatırladırdı...

Matça çox yaxşı hazırlaşılmışdı. Komandanın fanatlarla vəhdəti, ruhu da hiss olunurdu. Nəticə də gəlmişdi, qol vurulmuşdu...

Roberto Bordin görüşdən öncə, oyunun 65-70-ci dəqiqələrinə kimi "Neftçi"nin baş məşqçisi idi, son 20-25 dəqiqədə istəmədən "Qəbələ"nin məşqçilər korpusunda "yer" aldı...

N. Ələsgərovla A. Krivotsyukun əvəzlənməsini, oyun sisteminin dəyişilməsini heç gecə-gündüz məşq keçdiyi futbolçular başa düşmədi, çaşqınlıq yarandı...

Gözəl oyun sərgilədiyin, hücum futbolu oynadığın, futbolçularda qələbə, ruh yüksəkliyi olduğu, ikinci qolun yetişdiyi məqamda oyun sistemi niyə dəyişilsin ki?!

İtalyanlar futbolda tarixən taktikdilər. Belə bəsit gedişlər Bordinə, italyan futbol təfəkkürünə yaraşmadı...

Bununla da Bordin beyin olaraq rəqibə dedi ki, artıq mən hücumu düşünmürəm, gəl üstümə, hücumlarının kəsərini artır, nəsə zəif görünürsən.... "Qəbələ" də bu təklifi dərhal qəbul etdi...

Təəssüf ki, baş məşqçi oyundan sonrakı açıqlamasında özünü kənara çəkib futbolçuları "yüklədi", heç bir səhv etmədiyini bildirdi.

Qələbənin əldən verilməsində futbolçuların günahı yox idi. Oyunu xilas edə bilərdilər, bu başqa...

Həzz ala-ala oynadıqları, rəqibin elə bir təzyiq etmədiyi halda birdən-birə y/m-ni müdafiəçi ilə dəyişib oyun planının pozulmasına futbolçular psixoloji, taktiki olaraq hazır deyildi...

Matçın son 10-15 dəqiqəsində bir xal da itirilə bilərdi. Çünki, baş məşqçi oyunu xilas etmək üçün yenidən müdafiəçini əvəzləyib gənc futbolçunu önə atdı...

Futbol elmdir!
Futbolçular robot deyil, bu qədər səhv addımları 20-25 dəqiqəyə həzm edə bilməzlər.
Bordin oyunun sonluğunda "Neftçi"nin, futbolçuların qələbə ruhunu əlindən almış oldu...

Təcrübəli italyan matça yaxşı hazırlaşdığı kimi, görüşün gedişində oyunun ruhunu hiss etməliydi...

Mustivarın epizodunda 100%-lik penaltinin göstərilməməsi "Neftçi"nin ancaq sona kimi əzmkar, hücum futbolu oynayıb qələbə qazanmasını şərtləndirirdi. Üstəgəl, "Qəbələ"nin yerli futbolçularından heç birinin milliyə dəvət almaması da əlavə sübut anı idi...

"Qəbələ" Bordinin səhvlərindən maksimum yararlandı. Bununla da Bordin, özü də dəfələrlə bildirdiyi kimi "Qarabağ"a yenidən motivasiya vermiş oldu...

Şahmatda olduğu kimi, seytnot hallarında, yəni oyunun gedişində, vaxt çatışmamazlığında italyan taktiki olaraq büdrəyir...

Çempionluq yolunda itirilən qızıl xalları yenidən qaytarmaq, bərpa etmək, önə çıxmaq asan olmayacaq...

Çempionatda fasilənin hansı komandalara üstünlük gətirəcəyini zaman göstərəcək...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !