Akademik Musiqili Teatrda həftəsonu - (+FOTOLAR)

Akademik Musiqili Teatrda həftəsonu (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.

Balaca teatr həvəskarları martın 17-də saat 12:00-da "Yatmış gözəl və cırtdanlar”(Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, "Bir dəfə Bağdadda” əsəri rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
Həftəsonu təqdim olunacaq tamaşalarda sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Əzizağa Əzizov, Boris Qrafkin, Novruz Qartal, Svetlana Bulax, Şövqi Hüseynov, Nahidə Orucova, Əkbər Əlizadə,Nərgiz Kərimova, aktyorlar –Elxan İsmayılov, Nadir Xasıyev, Firus Məmmədov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Rauf Babayev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Şaban Cəfərov, Yuliya Heydərova, Nicat Əli, Hüseyn Əlili, Telnaz Hüseynova, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Aydan Həsənova, Güldanə Əzimova, Elməddin Dadaşov, Fərid Rzayev, Eleanora Mehdiyeva,Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, Atəş Qarayev, Nərmin Əliyeva, Rüstəm Rüstəmov, Kəmallədin Məmmədov, Roman Krasnov, Murad Əliyev, Əli Kərimov, Tofiq Həsənov, az yaşlı aktyorlar–Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli ifa edəcəklər.
Teatr həftəsonunu yadda qalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağadəvətedir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsertkassalarındanvə "ASAN Xidmət” mərkəzlərindən, eləcədə iticket.az saytından əldə edəbilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !