Cəmiyyət günü-gündən dəyişir... - AMMA... - Tahir Süleymanov yazır..

Cəmiyyət günü-gündən dəyişir... AMMA... - Tahir Süleymanov yazır..

https://www.facebook.com/groups/1110444829106515/ 

 

7-dən 77-yə kimi ictimaiyyətdə biganələşmə gedir.

Təzaddır. Bununla bərabər insanlarda aqresiya artır. Düşünmək, düşündürmək halları sürətlə azalır...

Səbəbsiz deyil. Qalmaqallar, başqatmalar, şaiyələr olan yerdə ətrafı idarə etmək asanlaşır.

Təhlilli tənqidlərlə problemlərə fərqli yanaşma tərzində faciəvi uçurum yaranıb. Pozitiv, inkişafa apara biləcək analizlər əksəriyyəti maraqlandırmır. Cəmiyyət arasında üzdənyanaşma meylləri çoxdan kök atıb.

Belə durumda ümumi hədəflər kiçilir, inkişaf bataqlığa sürüklənir. Beyinlər dar düşündükcə dairə də daralır...

20-30 il öncə Türkiyə futbolu inanılmaz sıçrayışa nail olmuşdu. Yeniyetmə, gənclər arasında çempionluqlardan başlayaraq millinin final mərhələləri, "Qalatasaray"ın UEFA kubokunu qazanması və nəhayət Türkiyənin dünya üçüncülüyü...

Futbola sevgi, daxili çempionatın səviyyəsi, 10-larla inşa edilən müasir stadionlar, bazalar, ümumi infrastruktur, tv, reklam, azarkeş potensialı Türkiyənin birmənalı olaraq Avropanın futbol elitasında davamlı möhkəmlənməsinə imkan verirdi.

Reallıqda nə baş verdi? Türkiyə futbolu "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" üçbucağından çıxa bilmədi. Dərin təhlillər aparıb nəticələri stabilləşdirmək, artırmaq əvəzinə milli mentalitet, illərdi davam edən daxili futbol "qırğınları" daha da kəskinləşdirildi.

"Barselona", Bavariya", "Real", "Çelsi" yaddan çıxdı. Türk futbolunu idarə edənlər qısa müddətdə ölkə futbolunu çökdürdülər.

İndi "Yuventus", "Mançester Siti", aparıcı millilərin heyətlərində çıxış edən türk futbolçulara baxıb təsəlli tapırlar. Artıq ikinci Şenez Erzik yoxdur və ya bacarığı olanlara imkan verilmir...

Necə ola bilər ki, Avropada yetişən türk futbolçular uğrunda nəhəng klublar bir-birinə "müharibə" elan edir, 100 milyonlar xərcləyir, bütün imkanları olan 80 milyonluq ölkədə istənilən səviyyədə futbolçu yetişmir və ya nadir hallarda üzə çıxır?!

Səbəb birdir-milli mentalitet, mühit, üzdənyanaşma, futbol idarəçiliyinin yerində olmaması...

Azərbaycanda da bunun daha əcaib formasıdır.
Türk futbolçular başqa ölkələrdə yetişdiyi kimi, Şeydayev də fərqli məkanda böyüyüb az qala Azərbaycanda məhv edilmişdi.

Ölkə futbolu problemlər məngənəsində olmasına baxmayaraq təzə-təzə Avropa böyüklərinə qoşulurdu. Azarkeşlərin illərdi ekranlardan həsədlə baxdıqları "İnter"dən tutmuş "Atletiko", Roma", "Çels"ləri klublarımız vətənə gətirməyə məcbur edirdi. Davamı daha möhtəşəm olacaqdı...

İmkan verilmədi. Mehdi Hüseynzadənin komandirinin sözü olmasın, "eyni kordinat, eyni dalğa"...

Təhlillər, analizlər bir tərəfə, hətta pozitiv tənqiblərə belə dözülməzlik, "baş üstə"lər dalğası ilə əksəriyyətin susdurulması ildən-ilə ölkə futbolunu bataqlığa sürükləyir...

Futbol "başbilənlərinə" çəkişmələr, şaiyələr, araqatmalar daha sərfəlidir. Belədə uğursuzluqlar yaddan çıxarılır, "parçala hökm sür" təfəkkürü yağ-bal kimi futbol camiəsinin iliyinə işləyir...

Avropada rəqabət çoxdan unudulub. "Kəpəz", "Xəzər Lənkəran", "Turan", "Karvan", "Daşqın" ("Simurq"), "MKT-Araz", "Bakı", "İnter", "Şəmkir" yada düşmür. "Qəbələ" də əvvəlki iddiada deyil. Boş tribunalar önündə "Bakı birinciliyi" gündəmdədi...

Futbol o qədər kiçildilib ki, "Neftçi", "Qarabağ" da rəqabətin, inkişafın "pik nöqtəsində" rahat nəfəs ala bilmir. Klublarımızı artıq nəhəng Avropa komandaları düşündürmür, "Sabah", "Səbail" üzərində qələbələrə sevinilir, azarkeşlər bu "möhtəşəmliyə" alışdırılır. Əsas, "Bakı birinciliyi"ndə Azərbaycan çempionluğunu qazanmaqdı...

Biləcəridən o tərəf çoxdan yaddan çıxıb, beyinlərdən çıxardılıb. Avropadan isə danışmağa dəyməz.

Lippert 10 ildi futbolçularımızı bir-birinə calaq edib "limpart" düzəltməklə məşğuldu. Köməkçi məşqçi Yurçeviç qazanacaqları bir milyon avro ilə öz vətəninə yürüş edəcək. Stuxlik də T. Bəhramov, E. Əzimzadə hakimlik məktəbinə salavat zikr edəcək. "Baş üstə"lər də "möhtəşəm inkişafa" çəpik çalacaq...

Qalmaqallardan, təhqirlərdən uzaq durmaq gərəkdır. Bu düşüncə tərzi tək futbolu deyil, cəmiyyəti məhvə aparır. Beyin dərinliyi, təfəkkürü, təhlillər, pozitiv tənqidlər olmadan inkişafa aparacaq yol mümkünsüzdür.

Çıxış, xilas yolu-birlikdədir.

Futbol ictimaiyyəti elə duruma gətirilib ki, "baş üstə"lər öz yerində, "susmaq, qızıldır" kəlamı ən yüksək qızıl əyyarını da üstələyib. Futbol camiəsinin isə daha üst əyyarlara ehtiyacı yoxdur hələ...

Başı(n)mızı ağrıtmayaq, sular durulana kimi şəffaf bulaqlardan çayımızı içək...

Zaman ən doğru hə(a)kimdir!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !