Yaşam koçu və psixoloq arasındakı həyatınızı dəyişdirən 5 fərq... -

Yaşam koçu və psixoloq arasındakı həyatınızı dəyişdirən 5 fərq...

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Son dövrlərdə “Yaşam koçu” ifadəsinə tez-tez rast gəlirik və bəzən də insanların əksəriyyəti bunun mahiyyətini anlamır. Gördüyü işlərin nədən ibarət olduğunu dəqiqliklə bilmirlər. Bir çox hallarda isə Yaşam Koçu psixoloqla qarışdırılır. Bəs Yaşam koçu kimdir? Ümumiyyətlə, Yaşam koçluğu nədir? Əgər bu haqda məlumatınız yoxdursa, bu yazı tam sizin üçündür.

“Yaşam Koçluğu” Müştərinin istək, hədəf və məqsədlərini müəyyənləşdirərək şəxsi uğur və inkişafını dəstəkləmək məqsədi daşıyır. Buna müştərinin şəxsi inkişafı, münasibətləri və insanlarla ünsiyyəti, karyera məsələləri, ictimai həyatı və hobbiləri daxildir. Yaşam koçluğu psixoterapiya deyil, Koça müraciət edənlərin bütün məsələlərdə hədəflərin yaradılması və həyata keçirilməsi istiqamətində Koçla aparılan seans peşəkar yardım əlaqəsi olaraq qəbul edilir. Əgər müştəriyə psixoloji yardım lazım olarsa, o zaman ona müvafiq mütəxəssisə müraciət etmək üçün təlimat verilir. Lakin əksər hallarda uzun müddət psixoloq tərəfindən müalicə alsanız da, və ya psixiloqlardan çox yardım görsəniz də, hələ də bir çox məsələlərdə problemlərin həll olmadığını hiss edirsiniz, və ya həll etməkdə çətinlik çəkirsiniz. Yalnız bu zaman sizin köməyinizə bir Yaşam koçu gələ bilər.

Və indi sizə Yaşam koçluğunu psixoloji müalicədən fərqləndirən 5 əsas fərqi açıqlayacağam.


1. Tutaq ki, müalicə prosesini arxeoloji qazıntı işi olaraq təsəvvür etsək, yaşam koçluğunu isə memarlıq işinə bənzədə bilərik. Psixoloji müalicə zamanı müraciət edən şəxs özünü tapmaq üçün keçmişində dərindən qazıntılar apararaq əldə etdiyi hər şeyi sıralamağa çalışır, Yaşam koçluğunda isə həmin şəxs seans zamanı öyrəndiklərini bugünkü həyatında mövcud olan gerçəklərdən alır və onu inkişaf etdirir. Ona daşımağa məcbur olduğu yüklə necə yaşaya biləcəyi öyrədilir. Təbii ki, müalicənin də, Yaşam koçluğu seansının da özünəməxsus faydaları vardır, lakin, Yaşam koçluğu vasitəsilə Siz danışmaqdan daha çox iş görəcəyinizdən əmin ola bilərsiniz. Çünki onunla həyatınızı və gələcəyinizi dəyişdirmək üçün radikal, həyəcanlı və əyləncəli addımlar ata bilirsiniz.


 

2. Yaşam koçluğunda, dəqiqliklə həyatdan nə istədiyinizi və hədəflərinizi öyrənirsiniz. Əgər həyatda xoşbəxt deyilsinizsə, nəyin çatışmadığını anlayırsınız. Bunu dəyişdirməyin yeganə yolu olan əksikliyin nə olduğunu dəqiqləşdirirsiniz. Bir Yaşam koçu ilə nə istədiyinizi müəyyənləşdirə və onu tapandan sonra bunu necə aradan qaldıracağınız barədə planlar qura bilirsiniz.


3. Yaşam koçluğu seanslarında istədiyinizi əldə etmək üçün, hədəfinizə çatmaq üçün addım-addım nə edəcəyiniz haqqında planlar qurursunuz. Yaşam koçluğunda dəqiqliklə istəyinizi müəyyənləşdirdikdən sonra onu necə əldə edə biləcəyinizi də öyrənirsiniz. Danışdıqca ortaya çıxan bir çox fikirlərlə birlikdə ilk addımı atmalı olursunuz və bir də görürsünüz ki, istəyinizə bir addım da yaxınlaşmısınız. Daha sonra isə bir-birinin ardınca işlər zamanla həll olur və addımlarınızı planlayaraq hədəfinizə nail olursunuz.


4. Yaşam koçluğu seansında Siz daha məsuliyyətli olursunuz. Yaşam koçluğunun ən önəmli müvəffəqiyyətlərindən biri də Yaşam Koçun müştərini gördüyü işlər barədə hesabat vere bilməyə istiqamətləndirməsidir. Bir hədəf müəyyənləşdirildikdə onun həyata keçməsi üçün mütəmadi olaraq yaşam koçunuzla ünsiyyətdə olmalısınız və bu sizi daha məsuliyyətli edir. Məsələn, əgər həftədə 3 gün piyada gəzmək istəyirsinizsə, lakin bunu keçmiş təcrübələrinizdə bacarmamısınızsa, yaşam koçunuz həftənin 3 günü sizinlə bu barədə öyrənmək üçün məlumat istəyə bilər. Siz də, bəzən sırf ona yalan danışmamaq üçün bu piyada gəzintini edirsiniz. Və nəticədə bunu bacardığınız üçün özünüzü yaxşı hiss edirsiniz.


5. Daha maraqlı və vacib məqamlardan biri də odur ki, Yaşam koçluğunda, sürətli şəkildə konkret nəticələr əldə etdiyinizi görürsünüz. Bəli, sürətli nəticələr! Yaşam koçluğuna aid ən möhtəşəm nüans da elə budur! Nəticəni görmək üçün aylarla, illərlə gözləmək məcburiyyətində qalmırsınız. Dəyişmək istədiyiniz şey, daha tez baş verir. Problemləri müəyyənləşdirdikdə və onu həll etmək üçün hədəflərinizi bildikdə bu işi gerçəkləşdirmək tamamilə sizin əlinizdə olur. Və Yaşam koçluğu məhz elə bu işi etməyinizə imkan verən bir vasitədir.

Yaşam koçluğu, həqiqətən də həyatın müsbət istiqamətdə dəyişməsi deməkdir. Yaşam Koçu sizə həyatdan nə istədiyinizi öyrənmək, bunu dərk etmək, hədəflərinizi müəyyənləşdirmək və onu əldə etnək üçün gedəcəyiniz yolun yaradılmasında yardımçı olmağa çalışır. Əgər xəyal etdiyiniz yerə çatırsınızsa, həyatınızdakı bu dəyişiklik tamamilə sizə aid olacaq və özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

 

 

Məhsəti Hüseynova,

Yaşam koçu, “Sağlam Qidalanma və Düzgün Həyat tərzi” üzrə Mütəxəssis

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !