AzTU-da qanvermə aksiyası keçirilib - (+FOTOLAR)

AzTU-da qanvermə aksiyası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Martın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq Onun xatirəsinin ehtiramla yad ediblər.

AzTU-nun rector əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov tələbələr görüşərək aksiyanın əhəmiyyətindən danışıblar.
Professor Xalıq Yahudov çıxışında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qanverən universitet əməkdaşlarına və tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edib.
Milli Məclisin deputatı Novruzəli Aslanov görüşdə “Azərbaycan QAC və könüllülük” mövzusunda çıxış edib və tələbələrin bu mövzu ilə bağlı suallarının cavablandırıb.

Daha sonar universitetin əməkdaşları və tələbələri qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 aprel 2008 il sərəncamına əsasənhər il martın 10-da Azərbaycan Respublikasında Qızıl Aypara Günü qeyd olunur. Bu xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !