Mədəni inkişafımızın əsas vəzifələri müəyyənləşdirildi -

Mədəni inkişafımızın əsas vəzifələri müəyyənləşdirildi

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Tədbirdə mədəniyyət sahəsində görülən işlər haqqında məlumat verilib, qarşıda duran mühüm vəzifələr barədə dəyərli fikir və təkliflər səsləndirilib. Bu hadisə ölkə ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb.
Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov bu barədə dedi:

– Mən möhtərəm Prezidentimizin və Birinci vitse-prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü dərin maraqla izlədim. Bu görüşün mədəniyyətimizin bundan sonrakı inkişafına da böyük təsir göstərəcəyinə tamamilə əminəm. Tədbirdə qeyd edildi ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. Mədəniyyət sahəsində də geniş islahatların aparılması nəzərdə tutulur. Təqdirəlayiq haldır ki, dövlətimiz mədəniyyət sahəsində sistemli işlər görməyi planlaşdırır. Bu, çox vacibdir. Çünki mədəniyyətin inkişafına geniş kontekstdə baxılmalıdır. Möhtərəm Prezidentimiz çıxışında haqlı olaraq vurğuladı ki, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz. Bəli, xalqımızın, milli dövlətçiliyimizin tərəqqisi üçün ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin hərtərəfli və davamlı inkişafı çox vacibdir. İnanıram ki, dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mədəniyyətimiz dövlətçiliyimizin güclənməsinə öz layiqli töhfəsini verəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !