Ağcabədidə şəhid Camal İbrahimovun xatirəsi anılıb - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə şəhid Camal İbrahimovun xatirəsi anılıb + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Camal İbrahimovun xatirəsi onun adını daşıyan Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbdə anılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gələrək C.İbrahimovun məzarını ziyarət edib, ruhuna dua oxuyublar.
Tədbirdə məktəbin direktoru Anar Qasımov, Azərbaycan Vətən Müharibəsi şəhidin ailə üzvləri və döyüş dostları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.
Məlumat verilib ki, Camal Yaqub oğlu İbrahimov 1967-ci il noyabrın 1-də Ağcabədi şəhərində anadan olub. Ağcabədi şəhər 8 nömrəli məktəbdə təhsil alıb, 1986-cı ildə keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi xidməti başa vuraraq Vətənə qayıdıb və kənd təsərrüfatı texnikumuna qəbul olub. 1990-cı ildə texnikumu bitirərək Nəriman Nərimanov adına kolxozda briqadir işləyib. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Vətənimizin müdafiəsinə yollanıb və 1992-ci il avqustun 20-də Xocavənd rayonunun Əmralılar kəndinin müdafiəsi zamanı şəhid olub. Ağcabədi şəhər 8 nömrəli tam orta məktəb onun adını daşıyır.
Tədbirdə AVMVİB Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov şəhidin anası Səbiqə İbrahimova "Müharibə veteranı" medalını təqdim etdi.



Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !