Erməniləşdirilən yurd yerlərimiz: - Hadrud regionu. Tuğ kəndi - - Faiq İsmayılov (+FOTOLAR)

Erməniləşdirilən yurd yerlərimiz: - Hadrud regionu. Tuğ kəndi - Faiq İsmayılov (+FOTOLAR)

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidlərindən biridir. Kənd
Xocəvənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub
qərbində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. Əhalisinin sayı 2000 nəfər olub.
Kənd əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla
məşğul olurdu. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana olub. Tuğ
kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər,
gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri
vardır. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi
yaxınlığındadır.

Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Tuğun adı Azərbaycan
tarixinə dair V-VIII-ci əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin
ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə 50-dən çox tarixi
əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. "Tuğ"
sözünün bir neçə mənası var: bu adı "zirvə"və "bayraq" kimi də mənalandırırlar. Tarixi bilgilərə
görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ — qıpçaq
kökənli bir soyun adıdır.
Daha bir Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlı olduğu
bildirilir. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə
əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali
Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda

(Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini
tapmışdır.

Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd
olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli
bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərir.
Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalın mərkəzi Tuğ kəndində əyləşirdi. Atadan
oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə
Qarabağ xanından asılı idilər.
I Şah Abbas Səfəvinin (1587—1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum
idi. Dizaq mahalını XVIII yüzildən bəri Məlik Yeqan və onun oğlu idarə etmişdi. Dizaq mahalı, onun
mərkəzi Tuğ kəndi Rusiya-İran savaşları dönəmində tapdaq yeri olmuşdu. Bu kənd varlı
olduğundan, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.
Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olmuşdur. Beləki,
Azərbaycan Milli İstiqlal Hərəkatı tarixində ictimai siyasi xadim kimi tanınan, xalqımızın əsrlər boyu
yetirdiyi böyük şəxsiyyətlərdən biri Cavad bəy Rza bəy oğlu Məlikyeqanovdur.

Tuğ qəsəbəsi Qarabağ bölgəsində Dizaq mahalının paytaxtı olub. Bu baxımdan burada tarix və
mədəniyyət abidələrinin sayı kifayət qədər çox idi. Kənd ərazisində 10 dəyirman, 5 malikanə, 200-
dən çox yaşayış evləri var. Qəsəbə 1600-cü ilin sonları, 1700-cü ilin əvvəllərində inşa edilmişdir.

Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalın mərkəzi Tuğ kəndində əyləşirdi. Atadan

oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə
Qarabağ xanından asılı idilər.
1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal edilərək vəhşicəsinə dağıdılmışdır. . Kəndin çoxlu sayda yaşayış binaları və malikanələri
dağıdılaraq xarabalığa çevrildi. Qəsəbənin azərbaycanlı əhalisinin bir qismi öldürüldü bir qismi isə
öz evlərindən qovuldular.
Xocavənd rayonunun Tuğ qəsəbəsində 50-dən çox tarixi abidə erməni seperatçılarının zorakılığına
məruz qalaraq yararsız hala salınmış, onlarla abidənin isə tikinti quruluşu dəyişdirilmişdir. İşğal
altında qalan bu kəndin tarix mədəniyyət abidələri ermənilər tərəfindən formaları dəyişdirilərək
erməniləşdirilir.

 

Faiq İSMAYILOV.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !