Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar? - - Mərahim Nəsib

Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar? - Mərahim Nəsib

https://www.facebook.com/groups/604248139738662/ 

 

Bir müddət əvvəl Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan bürosunun rəhbəri Mətin Yaşaroğlu işdən çıxarılıb. Daha da dəqiqləşdirsək, işdən çıxmağa vadar edilib.
Uzun müddətdir ki, Sputnik Azərbaycanda Qarabağ məsələsini daimi gündəmdə saxlamağa çalışan jurnalist bununla bağlı ermənilərin sərt reaksiyasına tuş gəlib. Belə ki, Sputnikin Ermənistan filialı olan “Sputnik Armeniya” öz yayım materiallarında Qarabağı “Artsax” adlandırıb. Mətin Yaşaroğlu bununla bağlı dəfələrlə Sputnikin Rusiyadakı mərkəzi ofisinə yazıb etirazını bildirsə də, bu, heç bir nəticə verməyib.
Sputnik Azərbaycanda yayımlanan Qarabağ mövzulu yazılara görə “Sputnik Armeniya”nın baş redaktoru Marqarita Simonyan da Rusiyadakı mərkəzi ofisə müraciət edib. Bu mürciətdən sonra Mətin Yaşaroğlunun qarşısına bir daha Qarabağ mövzusunda yazmamaqla bağlı şərt qoyulub. Şərti qəbul etməyən baş redaktor işdən istefa verib.
Azərbaycan ərazisində və Azərbaycan xalqı üçün fəaliyyət göstərən istənilən qurum ölkənin milli maraqlarına xidmət etməlidir. Azərbaycanın ən böyük milli marağı Qarabağ olduğu halda, bu ölkədə fəaliyyət göstərən informasiya agentliyi necə olur ki, belə rahatlıqla Qarabağ qadağasına məruz qalır? Və necə olur ki, Rusiyada yerləşən mərkəzi ofis Mətin Yaşaroğlunun şikayətlərini nəzərə almadığı halda, erməni baş redaktorun bir şikayəti ilə Azərbaycandakı media qurumuna dərhal qadağa tətbiq edə bilir?
Bu qadağa təkcə Mətin Yaşaroğluna və ya Sputnik Azərbaycana qoyulan qadağa deyil. Bu qadağa yerli mediamız üzərində xarici təzyiqlərin və mətbuatımızda erməni idaraetməsinin birbaşa və dəqiq göstəricisidir. Bu qadağa eyni zamanda Rusiya dövlətinin birtərəfli siyasətinin, erməni mövqeyi sərgiləməsinin sübutudur.
Əgər ermənilər yerli mediamıza belə rahatlıqla öz mənafelərinə uyğun yön verə bilirsə, Rusiya bu məsələdə aşkaranə şəkildə birtərəfli olaraq ermənilərin yanında durursa və ən əsası öz milli mənsubiyyətini unutmayan, ölkəsinin və xalqının milli maraqlarını heç bir şeyə qurban verməyən, bunun üçün işindən, sosial rifahından belə imtina etməyi gözə alan Mətin Yaşaroğlu kimi peşəkar və dərin bilikli jurnalist sırf Qarabağ mövzusunda yazılarına görə bir erməni təhdidi ilə rahatlıqla işsiz qalırsa, deməli, bu məsələ heç də üç-dörd məqalə ilə ört-basdır ediləsi məsələ deyil. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında siyasi müstəvidə həll olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün xarici media qurumları Azərbaycanın maraqlarına xidmət etməlidir və nə Rusiya, nə də başqa bir dövlət bu məsələdə istisna tutula bilməz.
Artıq sözügedən hadisə Milli Məclisdə müzakirə olunmağa başlanıb. Millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əflatun Amaşov və Qənirə Paşayeva baş vermiş hadisə ilə bağlı kəskin münasibətlərini bildirib məsələnin təcili həlli üçün Ombudsmana müraciət ediblər. Fazil Mustafa çıxışı zamanı bildirib ki: “Bu gün Fuad Abbasov, Mətin Yaşaroğlu belə təzyiqlərə məruz qalırlar. Bu, bir daha sübut edir ki, ermənilər məqsədyönlü şəkildə aktiv azərbaycanlılara qarşı mübarizə aparır. Buna məhz təzyiq kimi qiymət vermək lazımdır. Ona görə də biz ermənilərin bu fəaliyyətini zərərsizləşdirmək istiqamətində işlər görməliyik. Bu məsələdə Ombudsmanın rolu daha böyük ola bilər. Elmira Süleymanova Rusiya Ombudsmanı ilə əlaqə saxlayıb bu msələlərin həllinə nail olmalıdır.”
Ümid edirik ki, qısa zamanda problem həllini tapacaq. Biz dövlət başçısının da bu məsələyə diqqət yönəldəcəyini düşünür, tez zamanda Azərbaycanda fəaliyyət göstərən media qurumunda Qarabağ qadağasının götürülməsini və Mətin Yaşaroğlunun da tezliklə işinə bərpa olunmasını gözləyirik.
Mərahim Nəsib

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !