Yaratmağa gücümüz yetməyəndə , qapatmağa həvəskar oluruq… - Faiq İsmayılov

Yaratmağa gücümüz yetməyəndə , qapatmağa həvəskar oluruq… Faiq İsmayılov

https://www.facebook.com/groups/604248139738662/

 

“Sputnik Azərbaycan” ətrafında baş verən qalmaqal, bir ziyalı kimi məni narahat etdiyinə görə,bu məsələyə münasibət bildirməyi özümə borc bildim.
Bütün dövrlərdə dünyada informasiya savaşı pioritet təşkil edib.Düşmən dövlətlərində bir-birinə qarşı ən çox savaşdığı sahə informasiya sahəsidir.Beləki düşmən dövlətlər bir – birinəhücum edərkən ilk növbədə onun informasiya məkanını qapamağa çalışır necəki 1990-cı ilin yanvarında sovet Ordusu Bakıya yeridiləndə ilk növbədə AZTV-nin enerji blokunu partlatdı və Azərbaycan mətbuatının xaricə çıxışlarına qadağa qoyuldu. Bununlada Dünya ictimaiyyətinin Bakıda törədilən cinayətlərdən dərhal xəbər tutmalarına mane olmaqla, özlərinin də cəzasız qalmalarına şərait yaratdılar. O dövrdə biz qanlı yanvar hadisələrini xarici informasiya məkanına çıxarmaq üçün , böyük çətinliklərlə yaxın xarici ölkələrə səfərlər edirdik.
Elə həmin dövrlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20%-ni işğal etməsi, bizi Ermənistana qarşı informasiya savaşına cəlb etdi.Odur ki, bu savaşda müvəffəqiyyətlər əldə etmək üçün ilk növbədə xarici ölkələrin informasiya agentlikləri ilə əlaqələrin qurulması zərurətini ortaya qoydu.Çünki belə əlaqələr informasiyaların xarici ölkələrdə dərhal və maneəsiz yayılmasına şərait yaradır. Bu ideoloji mübarizədə kim fəaliyyətini şaxələndirə bilirsə informasiya işini əsaslanırılmış şəkildə düzgün qurmağı bacarırsa, informasiya mücadiləsində şübhəsiz ki uğurları da çox olur.Səbəbsiz deyildir ki İnformasiya sahəsi Dövlətin milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Ermənistan Azərbaycana qarşı informasiyaları bir çox xarici ölkələrin kütləviinformasiya vasitələrində yayırlar onlardan biri də Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyidir. Bu agentliyin dünyanın müxtəlif ölkələrində o cümlədən də Azərbaycanda və Ermənistanda da ofisləri açılıb.
Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru erməniəsilli Marqarita Simonyanın təyin edilməsi, “Sputnik”in Ermənistandakı şöbəsi tamamən türkçülüyə və türk millətinə qarşı erməni yalanlarını və məkrini həyata keçirməyəgeniş şərait yaratmışdır. Ermənilər tək bu agentliklə deyil ümumiyyətlə Rusiya Dövlətinin bir çox agentliklərindən öz xəstə təfəkkürlərinin məhsulu olan seperatizm, millətçilik, təcəvüzkarlıq kimi ideyalarının təbliğində geniş istifadə edir, Azərbaycan haqqqında ağılasığmaz yalanlar yayırlar.
Ermənilər bunları etməyi bacarırlarsa, biz nədən “Sputnik Azərbaycan”-dan öz dövlətimizin maraqlarına uyğun təbliğat “maşını” kimi istifadə etməyək? bizə mane olan varmı? Mən üzüm şəxsən bir neçə dəfə bu agentlikdən tribuna kimi istifadə etmişəm, mənim çıxışlarıma heç bir maneə yaradılmayıb.
Mən “Sputnik Azərbaycan”-ın yeni və ya köhnə rəhbərliyinin heç biri ilə tanış deyiləm, onlarla heç vaxt ünsiyyətdə olmamışam. Eyni zamanda “Sputnik Azərbaycan”-ın Azərbaycan Dövlətçiliyini və ərazi bütövlüyünü təhdid edən yazıları da müşahidə etməmişəm. Bu baxımdan“Sputnik Azərbaycan”-ın bağlanması ilə bağlı dedi-qodu yaratmağın heç bir əsası yoxdur.Birmənalı şəkildə Agentliyin Azərbaycan şöbəsi erməni maraqlarına xidmət etmir.
Məndə olan məlumata görə məhz müstəqi fəaliyyətinə görə “Sputnik Azərbaycan” tez-tez erməni rəhbərlərin təziqləri və təhdidləri ilə üzləşirlər.Bu təhdidlər görə “Sputnik Azərbaycan”-dan hətta istefa edənlər və işdən çıxarılanlar var. Elə isə “Sputnik Azərbaycan”-ın kollektivinə belə çətin məqamlarda dəstək olmaq əvəzinə, Agentliyi qapatmaq çağrışları etmək kimin və ya hansı dövlətin mənafeyinə uyğundur?
Bu yaxınlarda QAT sədri A. Nağının “Sputnik Azərbaycan” agentliyinin qapadılması haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət etdiyini oxudum.Akif bəy öz arqumentini əsaslandırmaq üçün agentliyin mərkəzi ofisinin rəhbərinin erməni olması ilə əlaqələndirir.“Sputnik Azərbaycan” agentliyinin qapadılması ilə bağlı heç bir tutarlı fakt göstərə bilmir.Elə isə Rusiyanın xarici işlər naziri S.Lavrov da erməni əsillidir və rus diplomatları arasında antiazərbaycan mövqeyi ilə fərqlənir.Buna görə Azərbaycanda Rusiya Səfirliyini bağlamaqmı lazımdır?Belə nüfuzlu Beynəlxalq təşkilatlarda çalışanların milli mənsubiyyətlər heç vaxt müzakirə mövzusu olmur.
Beynəlxalq Təşkilatların hansısa ölkədə filialının bağlanması o zaman gündəmə gətikilir ki, həmin şöbə yerləşdiyi ölkənin milli maraqlarına təhdid yaratmış olsun.Əks təqdirdə bu dövlətlərarası münasibətlərə xələl gətirmiş olur.
Cənab A.Nağı özüdə bilmədən fəaliyyətindən narazı qaldığı “Sputnik Azərbaycan” agentliyinin ermənilərin diqtəsi ilə deyil, müstəqil fəaliyyət göstərdiyi üçün təziqlərə məruz qaldığını xatırladır: “Həmin agentliyin şef-redaktoru Mətin Yaşaroğlu fevralın 26-da, Xocalı soyqırımının ildönümündə, Sizin bu qanlı tarixlə bağlı Ümumxalq Xocalı Yürüşündə iştirak etdiyiniz bir gündə antierməni fəaliyyətinə və yaxud həmin agentliyin Moskvadakı erməni rəhbərliyinin sifarişini yerinə yetirmədiyinə görə işdən azad edilib”.
O zaman Akif bəyə sual oluna bilər ki, iddianızın ziddinə olaraq söylədiyiniz bu ifadə nə deməkdir? “Sputnik Azərbaycan” agentliyinin “ermənilərin tribunası” olması faktını hansı arqumentlə əsaslandırırsınız?
Bu yerdə özüm də özümə bir sual ünvanlayıram nədən Yaratmağa güçümüz yetməyəndə , qapatmağa həvəskar oluruq?…

 

Faiq İSMAYILOV

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !