BDU-da startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib - (+FOTOLAR)

BDU-da startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Univesitetinin 100 illik yubileyi münasibətilə Sil.İnnovasiya Mərkəzi bu ali təhsil müəssisəsində yerli və qlobal startap proqramları ilə bağlı tələbələr üçün məlumat sessiyası keçirib.

Universitetin SABAH mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən mərkəzin innovativ layihələrə dəstək qrupunun rəhbəri, dosent Mətanət Musayeva açaraq onun əhəmiyyəti barədə danışıb.

Sil.İnnovasiya Mərkəzinin təsisçisi və direktoru Cəsur Həsənov isə tələbələrə startap layihələr və mərkəzin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, qurum Azərbaycanda startaplar üçün müxtəlif təlimlər, yerli və qlobal proqramlar həyata keçirərək onları xarici bazara hazırlamaq məqsədilə yaradılmış bir innovasiya mərkəzidir. Şirkətin əsas məqsədi 2025-ci ilədək hər il Azərbaycanın 50 texnoloji startapını dəstəkləmək və ən uğurlu olanlarını qlobal bazara çıxarmaqdır. İnnovasiya Mərkəzi hazırda yerli startaplara dəstək məqsədilə “Creative Business Cup” və“ClimateLaunchpad” kimi qlobal startap proqramlarını Azərbaycanda keçirən yeganə təşkilatdır. Hazırda “Creative Business Cup” proqramına qəbul davam edir və yaradıcı sənayeyə aid ideya və layihələri olan hər kəs http://sil.vc/bc səhifəsində müraciətlərini göndərə bilərlər. Müraciətlər martın 10-da başa çatır.

Görüş tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarına cavabla yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !