ADPU-da Aprel Şəhidinin xatirəsinə həsr edilmiş elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib - (+FOTOLAR)

ADPU-da Aprel Şəhidinin xatirəsinə həsr edilmiş elmi-praktiki seminarların yekunu və iştirakçıların təltifetmə mərasimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarix və Coğrafiya fakültəsinin III tədrisili tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər ADPU-da icra olunan Aprel Şəhidi, Lələtəpə fatehlərindən biri Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən silsilə elmi-praktiki seminarların yekunu kimi “Biz kimik? Azərbaycanın və Azərbaycan xalqının ən qədim tarixi” mövzusunda elmi-praktiki seminar və iştirakçıların təltifetmə mərasimi keçirilib.

Tədbirdə ADPU-un Humanitar və Sosial məsələlər üzrə prorektoru f.e.d., professor Fikrət Rzayev, ADPU-un Ümumi işlər üzrə prorektoruƏbdül Xalıqov, layihə rəhbəri Taleh Mirzəyev, ekspert, AMEA-ın əməkdaşı, tədqiqatçı tarixçi Ramin Əlizadə və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak edib.

Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Taleh Mirzəyev seminar iştirakçılarını salamlayıb, bu gün müzakirə olunan mövzunun indiyə qədər davam edən müxtəlif səpkili müzakirələrə məntiqi yekun vurmaq baxımından da əlamətdar olduğunu qeyd edib.Sonra söz ekspertə verildi.

Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş AMEA Tarix İnstitutunun elmi işçisi, "Qarabağ - əcdadlarımızın mirası", "Zəngəzur", "İrəvan" filmlərinin ssenari müəllifi, Azərbaycanda Urartu tarixi və arxeologiyası üzrə ilk və hələlik yeganə mütəxəsis, Urartu üzrə beynəlxalq ekspedisiyalarda iştirak edib, tədqiqatlar aparmış Ramin Əlizadə tələbələr önündə çıxış edərək ən qədim dövr Azərbayca tarixinin və tarixşünaslığının görünməyən, tədqiq edilməmiş, yaxud diqqət ayrılmayan bir çox aspektlərindən söz açıb, eyni zamanda “türk”, “hun”, “Azərbaycan”, “Atropotena” kimi etnonim və toponimlərin kökü haqda danışaraq hələ e.ə. XXIII əsrdə Akkad hökmdarı NaramSuenin kitabəsində onun keçdiyi ərazilərdə Zaqros dağlarından şərqdə, indiki Qafqaz ərazisində “Türk dövləti”nin yerləşməsinin qeyd olunduğunu vurğuladı. Mövzu üzrə tələbələri maraqlandıran suallar ətrafında müzakirələr davam etdirildi.
Müzakirələrdən sonra professor Fikrət Rzayev mütəxəssisə maraqlı və dərin elmi məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib, tələbələrə elmi bilikləri mənimsəməkdə səfərbər və yorulmaz olmağı tövsiyə edib, məhz gənclərin ölkənin gələcəyi olduğunu qeyd etdi. Natiq bildirdi ki, biz öncə özümüz özümüzü tanımalıyq ki, haqlarımızı dünyaya çıxara, maraqlarımızı qoruya bilək. Bunun üçünsə, gecə-gündüz çalışmaq lazımdır. Bu seminarlara ad verən Nurəddinin timsalında neçə-neçə igid oğullarımız Şəhidlik zirvəsinə yüksəldi ki, bizlər əmin-amanlıq şəraitindəVətənin və millətin gələcəyi üçün elmin dərinliklərinə baş vura bilək.

Tədbirin ikinci hissəsində tələbələrə ADPU rəhbərliyinin təsdiqlədiyi iştirakçı diplomları təqdim edildi və layihənin ilkin pilot mərhələsinə yekun vuruldu.

Qeyd edək ki, ilkin nəticələrin qiymətləndirilməsindən sonra layihənin proqram halında hər il keçirilməsi gözlənilir.

 

ADPU, Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                         

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !