Mənim Universitetim- 100 il layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub - (+FOTOLAR)

“Mənim Universitetim- 100 il” layihəsi 182 və 162 saylı orta məktəblərdə təqdim olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planına əsasən bu ali təhsil müəssisəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi rayonunda yerləşən 182 və Səbail rayonunda yerləşən 162 saylı orta məktəblərdə təşkil olunub. Adı çəkilən məktəbin direktorları Zinət Tağıyeva və Sevinc Abbasova 100 yaşlı Bakı Dövlət Universitetinin tarixi və inkişaf yolu barədə danışıblar.

BDU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi, layihənin rəhbəri İsmayıl Kərimov isə universitetin təhsili və tələbə həyatı barədə məlumat verib.
Tədbirdə iştirak edən tələbələr şagirdlərlə həmsöhbət olub, onların universitetlə bağlı çox saylı suallarını cavablandırıblar.
Görüşdə şagirdlərə, eyni zamanda, “BDU – mənim universitetim” mövzusunda inşa müsabiqəsi, onun şərtləri haqqında məlumat verilib. Qeyd edilib ki, müsabiqənin qalibi olan şagirdlər universitetə dəvət ediləcək və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

Tədbir Bakı Dövlət Universitetinin həyatını əksetdirən video çarxın nümayişi ilə başa çatıb.

Qeyd edək ki, “Mənim Universitetim – 100 il” layihəsinin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə Bakı Dövlət Universiteti tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !