“ANİMAFİLM” festivalının Əks-sədası tədbiri Çexiya Respublikasında keçiriləcək - (+FOTO)

“ANİMAFİLM” festivalının Əks-sədası tədbiri Çexiya Respublikasında keçiriləcək (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Çoxları yəqin 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalını unutmayıb. Həmin festival ilk dəfə keçirildiyinə baxmayaraq çox uğurla başa çatdı. Festivala dünyanın 63 ölkəsindən 480 film, 15 ssenari təqdim edilmişdi. Festivalın proqramı çərçivəsində, öz sözünü demiş tanınmış animasiya ustaları “ustad dərsləri” və “ReAnimasiya” sərgisi keçirildi və müxtəlif ölkələrin cizgi filmləri, retrospektiv filmlər nümayiş etdirildi, uşaqlar üçün animasiya vorkşopları və kukla tamaşası təşkil edildi. Bir sözlə, artıq indi əminliklə demək olar ki, bu festival Azərbaycanın mədəniyyət tarixində bir iz buraxdı.

Biz – 1-ci ANİMAFİLM Festivalının təşkilatçıları yuxarıda qeyd edilənlərdən ilhamlanaraq və festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə bu ilin 23 mart tarixində Çexiya Respublikasinin Praqa şəhərində “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədasıtədbirini keçirmək qərarına gəlmişik. Jurnalistlərdən kimin imkanı çatarsa biz böyük məmnuniyyətlə onu həmin tədbirə dəvət edirik. Tədbir 16:00-da şəhərin “Kino Pilotů” kinoteatrında (Donská 168/19) baş tutacaq.

Diqqətinizə çatdırırıq ki, tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək və xaricdə ilk dəfə “Azərbaycan animasiyası” kitabı təqdim olunacaq. Bundan başqa tədbirə bir sıra xarici ölkələrdən qonaqlar da dəvət edilmişdir.

Tədbirdə məşhur animasiya rejissoru Firəngiz xanım Qurbanova da iştirak edəcək. Azərbaycanda “BİRLİK” adlı ilk müstəqil cizgi-animasiya studiyasının yaradıcısı olan, çoxlu beynəlxalq animasiya və kino festivallarının laureatı olan Firəngiz xanım filmlərinin retrospektiv nümayişini təşkil edəcək. Firəngiz xanım Praqada FAMU (Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsi) Animasiya kafedrasında ustad dərsləri keçməsi də planlaşdırılıb.

Tədbirdə hazırda Rusiyada çalışan animasiya ustadı rejissor Cahangir Süleymanov və Almaniyadan Azərbaycanda ən çox “Tıq-tıq xanım” multfilminin rejissoru kimi məşhurlaşmış animasiya ustadı Məsud Pənahi də iştirak edəcək.

Qonaqlarımızı Azərbaycanın milli şirniyyatları – paxlava, şəkərbura, badambura, Azərbaycana məxsus şirələr (məsələn, nar şirəsi) və s. gözləyir. Bu jest ilə biz əziz bayramımız olan Novruz günlərində Azərbaycanın qonaqpərvərliyini bir daha sübut etmiş olardıq. Tədbirdə Novruzla bağlı cizgi filmi də göstəriləcək.

“ANİMAFİLM” festivalının Əks-sədası tədbirinin proqramı:

“ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının qalibi, “Oskar” mükafatına namizəd “Late Afternoon” (“Günortadan sonra”) da daxil olmaqla mükafat almış Azərbaycan, Rusiya, İran və Almaniya cizgi filmləri Çexiya Respublikasinda İLK DƏFƏ nümayiş etdiriləcək. Bununla belə müasir Çexiya animasiya filmləri də tədbirdən kənarda qalmayacaq.

Tədbir İki hissədən ibarət olacaq:

1) 16:00 - 18:00 – Azərbaycan animasiyası
- Ən tanınmış Azərbaycan animasiya filmlərinin onların rejissorlarının iştirakı ilə nümayişi.
- “Azərbaycan animasiyası” kitabının təqdimatı.
QONAQLAR: Məşhur animasiya ustaları Firəngiz Qurbanova (Azərbaycan), Cahangir Süleymanov (Rusiya), Məsud Pənahi (Almaniya).

2) 18:30 – 20:30 – Müsabiqə
- ANİMAFİLM festivalı müsabiqəsində iştirak etmiş və qalib gəlmiş nominasiyalar arasından ən yaxşı animasiya filminin seçilməsi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !