İRANI ERMƏNİ-MÜSƏLMAN DAVASI DAĞIDACAQ - - Asəf Quliyev yazır..

İRANI ERMƏNİ-MÜSƏLMAN DAVASI DAĞIDACAQ - Asəf Quliyev yazır..

https://web.facebook.com/groups/1110444829106515/

 

Iki gündür ki, İran ermənilərinin Paşinyanla görüşdə qaldırdığı plakat müzakirə olunur. Müxtəlif yanaşmalar var. Amma ən ciddi səbəbi heç kim səsləndirmir.
Nə baş verir?

Heç kim təkzib edə bilməz ki, ermənilərin Paşinyanla görüşündə qaldırdığı plakat aksiyasının arxasında erməni lobbisi dayanır.
Tanış mənzərədir. Məhz 1987-ci ildə də Amerika və Avropadakı erməni lobbisi Qarabağ hərəkatının əsas hərəkətverici qüvvəsi idi.
Hələ ötən əsrin əvvəlində Mir Mövsüm Nəvvab da 1905-ci ildə Qarabağda baş verənlərin arxasında Avropadakı erməni mərkəzlərinin dayandığını yazırdı. “1905-6-cı illərdə erməni-müsurman davası” əsərində.
1987-ci ildə erməni lobbisinin Qarabağ hərəkatında fəallığının kökündə təbii ki, onların öz maraqları dayanırdı. Amma erməni lobbisinin güvəndiyi başqa bir dayaqları da var idi. Bu SSRİ-ni dağıtmaqda maraqlı olan ABŞ başda olmaqla Qərb idi. ABŞ ideoloqlarının SSRİ-ni milli münaqişələrlə dağıtmaq planları artıq hamıya bəllidir. Artıq bu praktika öz bəhrəsini verib və SSRİ dağılıb.

Qərb niyə bu praktikanı İranda həyata keçirməsin. Nəzərə alsaq ki, erməni-musurman davasının “örnəyi və əsasları” da var, demək bu praktika yararlıdır.

Artıq Tehranda “Ararat” klubuna qarşı hərəkat başlayıb. Və heç kim bunun arxasında ABŞ dayandığını təkzib edə bilməz.
Baş verənlər İran dövləti ciddi reaksiya verməsə və vəziyyət gərginləşəcək. Əgər İranda erməni-musurman davası başlasa İran mütləq dağılacaq. Kim bu olaydan ziyan la, kim xeyirlə çıxacaq bunu zaman göstərər.
Və bu olayların Azərbaycanlıların milli azadlıq hərəkatı ilə heç bir bağlılığı olmayacaq. Milli azadlıq hərəkatı ancaq komuflyaj olacaq. Biz bunu yaşamışıq. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !