ERMƏNİ ÇEKİSTİN QARABAĞ BƏYANATI VƏ GÖZLƏNİLƏN SÜRPRİZLƏR - - Asəf Quliyev yazır..

ERMƏNİ ÇEKİSTİN QARABAĞ BƏYANATI VƏ GÖZLƏNİLƏN SÜRPRİZLƏR - Asəf Quliyev yazır..

https://web.facebook.com/groups/984665661568872/ 

 

 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Dağlıq Qarabağda səfərdə olub. Və Azərbaycanı qıcıqlandıran bəyanat verib: “Heç kim bir qarış da olsun torpaq qaytarmayacaq”.
Sözsüz ki, bu bəyanat politoloqlar tərəfindən şərh olunacaq, yenə müharibə çağırışları səslənəcək hansısa başqa bir erməninin sərsəm bəyanatına qədər. Sonra da yaddan çıxacaq.

 

Əslində nə baş verir?
Sözsüz ki, Artur Vanetsyanın Qarabağa səfəri və verdiyi bəyanat təsadüf deyil. Bu bir qədər əvvəl başlamış yeni prosesin bir elementidir. İndi isə gəlin Paşinyan hakimiyyətini legitimləşdirdikdən saonra baş veənlərin xronologiyasına nəzər salaq:


1. Azərbaycan - Ermənistan sərhədi DSX-nın nəzarətinə verilir.
2. Bayram Səfərov Tural Gəncəliyevlə əvəzlənir.
3. Atəşkəs xəbərləri ciddi şəkildə azalır.
4. Paşinyan danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin iştirakını israr edib durur.
5. Paşinyan parlament müzakirələrində DQ Azərbaycan İcması barədə danışır.
6. Minsk Qrupu və xarici işlər nazirləri xalqların sülhə hazırlanması bəyanatını verir.
7. Avropa İttifaqı Xalqların sülhə hazırlanması ətrafında müzakirələrə dəstəyini gizlətmir.
8. Azərbaycanın susqunluğu fonunda Ermənistanda hərbi ritorika güclənir. (Artur Vanetsyanın bəyanatı bu ritorikanın bir elementidir)
9. Azərbaycanda sosial yönümlü qərarlar verilir.

 

Kimsə bu sıralamaya İranda Ermənistan baş nazirinin erməni icması ilə görüşündə qaldırılan plakatı da əlavə edəcək. Amma bu tam başqa bir prosesin elementidir.
Əvvəldə bu prosesin kimin patronajlığı ilə həyata keçirildiyi sezilmirdi. Amma indi bəlli olur ki, təşəbbüs Avropa İttifaqının əlindədir. Ermənistanın Suriyaya 83 nəfərlik kontingent göndərməsi də Rusiyanın könlünü almaqdan başqa bir şey deyil. Rusiyanın qıcıqlandığını göstərən faktlardan biri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda İlham Əliyevlə görüşü vaxtı cəbhə xəttində erməni PUA-sının vurulmasıdır. Danışıqların belə həssas dövründə Ermənistan PUA qaldırması onun imicinə təbii ki, mənfi xallar gətirir. Deməli ortada provokasiya elementləri var. Provakatorun kimliyi isə bəllidir.

Yaxın zamanlarda Qarabağ nizamlanmasında sürpriz situasiyalar yaranması gözlənilir. Amma bu sürprizlərin münaqişəni tezliklə həll edəcəyini söyləmək olmaz.

P.S. İranda baş verən insident isə tam başqa məqsədə xidmət edir və tam başqa mərkəzdən idarə olunur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !