Aprel şəhidi Kamran Şirəliyevin anım günü münasibətilə tədbir keçirildi - (+FOTOLAR)

Aprel şəhidi Kamran Şirəliyevin anım günü münasibətilə tədbir keçirildi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 28 fevral Xəzər rayon Abşeron Binə Peşə Liseyinde aprel şəhidi Kamran Şirəliyevin anım günü
münasibətilə tədbir keçirildi.Aprel döyüşlərində onlarla şəhid verdi Vətənimiz. Liseyin məzunu olmuş
Kamran Faiq oğlu Şirəliyev də o müdhiş müharibənin Qurbanı oldu. Şəhidlik zirvəsinə ucalan
Kamranın 28 fevral Doğum günüdür. Bu günü liseyimizin kollektivi böyük hörmət və ehtiramla yad
etmişdir.
Tədbir zamanı Kamran Şirəliyevin ruhuna ithafən Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən
hazırlanmış sənədli film də nümayiş edildi.
Liseydə şəhidin anası və ailə üzvləri ilə görüş təşkil edilmişdir. Tədbirə Xəzər rayonunun səlahiyyətli
nümayəndələri də dəvət almışlar. Yüksək səviyyəli tədbirdə liseyin direktoru Nurəddin Həsənovun,
birinci müavin Sənubər İbrahimovanın, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
əməkdaşı Nilufər Abdulovanın və müəllim-şagird heyətinin,qonaqların alovlu, ürəkdağlayan çıxışları
qəddar düşmənə nifrəti biraz da artırmışdır. Şəhidin anası Elvira xanım oğlunun Uca adından fəxarət
hissi keçirdiyini söyləmişdir. Sonda tədbir iştirakçıları Kamranın uyuduğu məzarlığa gedərək şəhidin
qəbri üstə qərənfillər düzmüşlər. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !