Tələbəlikdən Sahibkarlığa layihəsi Goranboy rayon Gənclər Mərkəzində təlim və açılış mərasimi həyata keçirilib - (+FOTOLAR)

“Tələbəlikdən Sahibkarlığa” layihəsi Goranboy rayon Gənclər Mərkəzində təlim və açılış mərasimi həyata keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olan “Tələbəlikdən Sahibkarlığa” layihəsinin 27 fevral 2019 - cu il tarixində Goranboy rayon Gənclər Mərkəzindəbirinci təlimi və açılış mərasimi həyata keçirilib.

Layihənin əsas məqsədi Goranboy rayonunda və yaxın rayonlarda yaşayan gənclər üçün qısamüddətli ödənişsiz sahibkarlıq təlimləri təşkil edərək onların sahibkarlıq sahəsində peşəkar inkişafıına dəstək durmaqdı.

Tədbiri layihə rəhbəri Səbanə Quliyeva qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmiş , daha sonra isə layihənin məqsədi ve layihe çərçivəsində təşkil olunmuş təlimlər və tədbirlər haqqında məlumat vermişdir. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Faiq bəy Muradov qonaq qismində iştirak etmişdi. Faiq bəy öz çıxışında layihə rəhbərinə və bütün iştirakçılara layihənin davamiyyətində uğurlar arzu etdi və nə lazım olarsa dəstək göstərəcəyini vurğuladı.

Daha sonra layihə rəhbəri Səbanə xanım layihənin təlimçisi Ramil İmanovu iştirakçılara təqdim etdi və təlimi açıq elan etdi.

Ramil İmanov öz növbəsində təlim müddətində iştirakçıları tanımaq məqsədi ilə və təlimin daha aktiv keçməsi məqsədi ilə maraqlı oyunlar təşkil etdi.

Təlim müddətində sahibkarlıq fəaliyyətinin formaları, növləri və inkişaf xüsusiyyətləri, sahibkarlıq nə deməkdir? nəyə görə insan sahibkar olmaq qərarına gəlir? sahibkar olmaq yalnız sahibkarlar üçünmü faydalıdır? sahibkar olmaq barədə düşünən kəs hansı tərəddüdləri yaşayır? və s. kimi mövzulara toxunulmuşdur.

Təlimdən sonra qonaqlar və iştirakçılar çay fasiləsində müzakirələrini davam etdirdi. Sonda iştirakçılar və qonaqlar xatirə şəkilləri çəkdirdilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !