Oskar -da türk menyusu - (+FOTOLAR)

“Oskar”-da türk menyusu (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Oskar” mükafatlandırma gecəsində qonaqlara Türk yeməkləri təqdim olunub
Türkiyə ortaq nəsillərin inteqrasiyası - “Turkey ONE” (T-ONE) dərnəyinin təşəbbüsü ilə“Oskar” mükafat gecəsində Türkiyənin ən ənəvi ləzzətləri təqdim edilib. Gecədə dünyaca məşhur ulduzlar Türkiyə yeməklərindən dadıblar.

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində gerçəkləşən 91-ci Oskar mükafatlandırma gecəsində dəvətlilərə təqdim olunan təamlar türk mətbəxinin zəngin irsinə məxsus olub. Bu təamlar 25 ildir Oskar mükafatlandırılma gecəsinin rəsmi başçısı olan Wolfgang Puck Catering ilə birlikdə hazırlanıb. Türkiyənin tanınmış aşpazlarından olan Yiğit Mirzaoğlu və Cihan Kıpçakla birlikdə hazırladığı bu ilki menyuda əsas yemək olaraq Qaziantep ərazisinə aid və badımcanla “Alinazik” təqdim olunub. Orada 500 illik Osmanlı sarayı mətbəxindən günümüzə qədər gələn və dadlı yemək olan “Vişneli zeytinyağlı yapraq sarması”, Ege mətbəxindən Asma yarpağından hazırlanan “Levrek” və Kayserinin ənənəvi “yağmantısı” yer alıb.

Gaziantepin “Kuru paxlavası” və 10 əsr əvvələ dayanan Osmanlı padşahının qonaqlarına təqdim etdiyi Osmanlı tərzli nar şərbəti ilə servis edilən “Damla sakkızlı muhallebi” da dünya ulduzlarına təqdim olunub.
Ötən il isə Oskar mükafatlandırma gecəsində Adana kababı, içli köfte və kabak tatlısı menyunun ən məşhurları olmuşdu.

T-ONE dərnəyinin rəhbəri Demet Sabancı Çetindoğan dərnəyin cəhdləri və uzun müzakirələr nəticəsində Qastronom Komitəsinin də həyata keçirdiyi işlər sayəsində bu il yenə Oskar mükafatlandırma gecəsində Türk mətbəxinin ənənəvi dadlarının təqdim olunmasından, eləcə də menyudakı çeşidlərin artırılmasından qürur duyduğunu ifadə edib.

Qeyd edək ki, 1929-cu ildən bu günə qədər keçirilən Oskar mükafatlandırılma gecəsində dünyanın məşhur rejissorların, prodüserlərin və aktyorlarının olduğu Hollivudun böyük rəhbərləri, moda ustaları qatılır. 200 fərqli ölkədə canlı olaraq yayımlanan və hər il milyonlarla izləyicini ekrana bağlayan “Oskar” müsabiqəsinin qalası dünya səviyyəli bir tədbirdir. Belə böyük layihədə Türkiyənin milli mətbəxinin təamlarının yeralması ölkənin marka dəyəri üçün önəmli bir addımdır.

 

Videonun linki : www.youtube.com/watch

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                   

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !