Region gəncləri üçün aqrar sahibkarlıq məktəbi adlı layihə yekunlaşdı - (+FOTOLAR)

“Region gəncləri üçün aqrar sahibkarlıq məktəbi” adlı layihə yekunlaşdı (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, "Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctmai Birliyi “Region gəncləri üçün aqrar sahibkarlıq məktəbi” adlı layihə çərçivəsində Hacıqabul rayonunda 11-20 fevral 2019 cu il tarixlərində təlimlər keçirmişdir.

Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirmişdir.Layihənin həyata keçirilməsində məqsəd interaktiv metodlarla aqrar sahibkarlıq sahəsində gənclərin bilik və bacarıqlarının artırılması olmuşdur.

Ümumilikdə 210 nəfər gənc birbaşa layihədə iştirak etmişdir. Təlimlərdə iştirak edən bütün gənclərə sertifikat verilmişdir. Layihə çərçivəsində mövzuya uyğun buklet çap olunaraq gənclərə paylanılmışıdır.
Birliyin sədri Xalid Rəcəbli qeyd etmişdir ki, bazar iqtisadiyyatının formalaşdırdığı ən başlıca struktur komponentlərindən biridə aqrar sahibkarlıq fəaliyyətidir. Aqrar sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin mənfəət əldə etməsi məqsədilə qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmət göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Zəngin məzmuna, müxtəlif növlərə və formalara malik olan sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərtidir, aqrar sahibkarlar isə cəmiyyətin ən təşəbbüskar, çevik, elmi-texniki yenilikləri daha tez mənimsəyən və iştehsalata tətbiq edən sosial təbəqəsidir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !