Xızı rayonunda epizootik sabitlik qorunur - (+FOTOLAR)

Xızı rayonunda epizootik sabitlik qorunur (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Xızı Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq Xızı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparır. Profilaktik tədbirlər 6 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 1 şəhər, 3 qəsəbə və 25 kəndində saxlanılan heyvanlar arasında aparılır. Hazırda Xızı rayonu ərazisində 9784 baş iribuynuzlu, 74272 baş xırdabuynuzlu, 684 baş təkdırnaqlı heyvan, 2569092 baş quş və 2529 arı ailəsi mövcuddur.

Xızı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Cabbarov Fariz İmran oğluna məxsus təsərrüfatda 56 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, rayonun ayrı-ayrı təsərrüfatlarında 9723 baş iribuynuzlu, 651 baş təkdırnaqlı heyvanda qarayara, 1654 baş sahibli itdə quduzluq, 7583 baş xırdabuynuzlu heyvanda çiçək, 15772 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) və 13532 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 231 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 340 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Fevral ayının 10-dan isə Xızı rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (iribuynuzlularda A,O,“Asiya-1”, Tur-15 tiplərinə, xırdabuynuzlularda A, O tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 3461 baş iribuynuzlu və 7814 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb.

Aparılan tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Xızı rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında nodulyardermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında burselyoz və epedidemit xəstəliyini aşkar etmək, xəstəliklərinyayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !