Xalqların sülhə hazırlanması işləri Ermənistanı qarışdırdı - - Faiq İsmayılov (+FOTOLAR)

“Xalqların sülhə hazırlanması” işləri Ermənistanı qarışdırdı - Faiq İsmayılov (+FOTOLAR)

Fevral ayının 27-də 200 nəfər erməni 100 metirlik Ermənistan bayrağı ilə “Azərbaycana əraziləri güzəştə getmək olmaz”, “Azadlığın qarantı; - güclü ordudur”, “Qarabağ ərazi deyil müqəddəs vətəndir” şüarlarla İrəvanın küçələrinə çıxaraq Ermənistan Azərbaycan arasında aparılan sülh danışıqlarının dayandırılmasını tələb etdilər.

ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən son bəyanata xalqların sülhə hazırlanması vurğulanandan sonra biz bu prosesin Ermənistan tərəfindən iflasa uğradılacağını demişdik. Beləki, həmsədrlər tələsik verdikləri bu bəyanatın Ermənistan Hökumətinin hazırkı mövqeyi ilə ziddiyyət təşkil etdiyini anlamalı idilər.
Onlar ilk növbədə Ermənistanın ordularını işğal altında saxladığı Qarabağ ətrafındakı Azərbaycan ərazilərdən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını və işğal dövrü Ermənistan tərəfindən Qarabağa məskunlaşdırılan 50 mindən çox erməni mənşəli xarici ölkə vətəndaşlarının oradan çıxarılmasını təmin etdikdən sonra Qarabağla bağlı sülh danışıqlarına başlamaq zərurəti yaranacaqdı.
Lakin nə baş verir, suni şəkildə yaradılan “Qarabağ münaqişəsinin həllinin” mümkünsüzlüyü. Bu tamamilə ATƏT-in bugünkü mövqeyinə uyğundur. Qarabağ probleminin sülh yolu illə həll edilməsi məqsədi ilə yaradılan Minsk qrupu, bu problemin həllində maraqlı olmadığı status-kvonun saxlanmasına çalışmaları artıq heç kimə sirr deyildir.

Tarixdə bütün müharibələrin son nəticəsi sülh müqavilələri ilə bitir. Azərbaycanlılarda istər Dağlıq Qarabağ ərazilərində, istərsədə Ermənistan vətənandaşları ilə dinc yanaşı yaşamağa məhkumdurlar. Lakin Ermənistan tərəfinin gəncələri uşaq baxçalarında ta ali məktəblərə qədər “anti türk” təbliğatı ilə zəhərləmələri “, bu gənclərin azərbaycanlılara qarşı düşmənçilik hisslərini daha da gücləndirir ki bu da ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamalarına mane olur.
İqtisadi cəhətdən zəif Ermənistanın vətəndaşlarının “Azadlığın qarantı; - güclü ordudur” şüarı ilə küçələrə çıxmağa cəsarətləndirən qonşu Rusiya və İran faktorudur. Onsuzda Ermənistan Qarabağ problemi ətrafında manikulyasiya etməklə danışıqları uzatmaqla status-kvonu saxlayıb işğal altında saxladıqları əraziləri Ermənistana birləşdirməyə ya da qondarma bir “dövlət” kimi tanıtmağa çalışır.
Mitinq iştirakçıları həm Ermənistan Hökumətinin və həm də Beynəlxalq təşkilatların diqqətinə çatdırırlar ki, Dağlıq Qarabağ ərazilərinin danışıqlar mövzusu olmasını qəbul etmirlər. Həm də bu mitində diqqətçəkən o olduku Ermənistan hökuməti əleyhinə heç bir narazılıq ifadə olunmadı.
Bəzi analitiklər Paşinyanı səriştəsizlikdə qınasalarda aydın olur ki bu belə deyilmiş.Paşinyan çox hiyləgər və ciddi siyasətçidir. O, qərbin və rusiyanın təziqləri fonunda özünə bir az “sadəlövh” bir az da “əzabkeş” obrazı yaratmağa çalışır.
Paşinyanın simasında Qarabağ probleminin həllini düşünənlər yanılırlar. Paşinyan heç vaxt Qarabağdan Ermənistan qoşunlarını çıxarmayacaq. Qarabağ münaqişəsinin həllini Azərbaycan Ordusunun zəfər yürüşü həll edəcək.

Faiq İSMAYILOV
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !