Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu üzvlərinin növbəti görüşü keçirilib - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin növbəti görüşü keçirilib + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” təsis edilmişdir.

Qrup ötən dövr ərzində bir çox uğurlara imza atmış, gənclərin yaradıcı və təşəbbüskarlıq mühitinin dəstəklənməsi istiqamətində bir çox işlər görmüşdür. Habelə qrupun əsas məqsədlərindən biri də Azərbaycan mədəniyyətinin təbliği, mövcud dövlət siyasətinin dəstəklənməsi, fəaliyyətin optimallaşdırılması, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırılması, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir.

Bu cür tədbirlərin biri də Bərdə Regional Mədəniyyət İdarəsində baş tutub. Tədbirdə Bərdə, Tərtər rayonlarından, o cümlədən Yevlax və Mingəçevir şəhərlərindən olan gənc mədəniyyət işçiləri iştirak edib.

Çıxış edən regional idarənin məsləhətçisi və idarə üzrə mətbuat xidmətinin rəhbəri Əhliyyət Əliyev “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Ölkədə uğurla aparılan gənclər siyasətindən bəhs edən Əhliyyət Əliyev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu dövlət siyasəti həyata keçirilir və bu istiqamətdə gənclərin üzrərində ciddi öhdəliklər durur.

Daha sonra çıxış edən regional idarənin məsləhətçisi Orxan İbrahimov ölkə rəhbəri Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmandan bəhs edib və mövcud Fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun daha da inkişafını təmin edəcəyindən bəhs edib. Çıxışına davam edən Orxan İbrahimov bildirib ki, təhsil ocaqlarında mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət işçilərinin, xüsusən gənclərin informasiya–kommunikasiya texnologiyalarını dərindən öyrənmələri vacibdir. Azərbaycan mədəniyyətinin təbliğində, erməni yalanlarına dərhal və tutarlı cavab verilməsində gənc mədəniyyət işçilərinin üzərinə mühüm vəzifələr düşür.

Qrupa yeni daxil olmuş gənc mədəniyyət işçiləri ilə tanışlıqdan sonra müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri, prioritet hədəflər barədə geniş diskussiya aparılıb və mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra təkliflər irəli sürülüb.

Diqqət çəkən məqamlardan biri də gənclərlə informasiya sahəsində məqsədyönlü tədbilərin görülməsi olub. Belə ki, mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərin daha operativ işıqlandırılması, sosial şəbəkələrdə paylaşılması, o cümlədən mədəniyyət müəssiələri barədə əhalinin maarifləndirilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Tədbir dəyirmi masa ətrafında maraqlı diskussiya ilə davam etdirilib.

Qeyd edək ki, bu cür tədbirlər regional idarə tərəfindən mütəmadi olaraq keçiriləcəkdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !