Akademik Yaqub Mahmudov qiraətləri - I adlı beynəlxalq konfrans olacaq... - (YENİLƏNDİ)

“Akademik Yaqub Mahmudov qiraətləri - I” adlı beynəlxalq konfrans olacaq... (YENİLƏNDİ)

Aprelin 4-dən 7-dək Şəki şəhərində “Akademik Yaqub Mahmudov qiraətləri - I” möv­z­usunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, konfrans Şəki Şəhər İcra Hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təş­kilatçılığı, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin elmi dəstəyi ilə baş tutacaq.

Beynəlxalq konfransda “Akademik Yaqub Mahmudovun həyatı və elmi yaradıcılığının əsas mərhələləri”, “Akademik Yaqub Mahmudov Azərbaycan diplomatiya tarixinin görkəmli tədqiqatçısı kimi”, “Azərbaycan tarix elmində akademik Yaqub Mahmudov məktəbi”, “Akademik Yaqub Mahmudovun elmi yaradıcılığında türk dünyasının tarixi problemləri” və “Azərbaycan tarixinin təhrif olunması və saxtalaşdırılmasına qarşı mübarizə akademik Yaqub Mahmudovun elmi fəaliyyətində” bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara təqdim ediləcək. Məqalələr martın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

 

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant ameatarixinstitutu@gmail.com və tofignajafli@gmail.com e-poçt ünvanlarına göndərilməlidir.

 

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

 

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

 

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !