"Aprel yüksəkliyi" filminin təqdimatı... - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

"Aprel yüksəkliyi" filminin təqdimatı... + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

AZpress.AZ xəbər verir ki, fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yoluna həsr olunmuş “Aprel yüksəkliyi” filminin təqdimatı olub.

2016-cı ilin Aprel döyüşləri zamanı cəbhənin Füzuli və Cəbrayıl rayonu istiqamətində aparılan Hərbi əməliyyatlarda göstərdiyi şücaətlərə görə Ali Baş komandan tərəfindən Milli Qəhrəman adına layiq görülən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Şükür Həmidov haqqında Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə film çəkilib .
Ekran əsəri , 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən bölmələrin komandirlərindən biri Şükür Həmidovun döyüş yolundan bəhs edir.
Şükür Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
O hal-hazırda da silahlı Qüvvələrin yüksək rütbəli zabiti kimi ön cəbhədə zidmət aparır .

Tədbir saat 17.00 və Xocalı soyqırımının anım günü ilə üst-üstə düşdüyündən əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
Tədbirdə əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verdi. Bildirdi ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərindən biri olan Xocalı soyqırımının iştirakçıları hələ də layiqli cavablarını almayıblar.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı. Həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri qeyd etdi .Ümidvar olduğunu bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması heç də uzaqda deyil.
Daha sonra “Aprel yüksəkliyi” filmi qonaqlara təqdim edildi .
Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov,
operatoru Ömər Kutuyevdir.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !