Bişirməyə alışdığınız blinçik xəmiri reseptini bir kənara qoyun: - Resept

Bişirməyə alışdığınız blinçik xəmiri reseptini bir kənara qoyun: Resept

 Bişirməyə alışdığınız blinçik xəmiri reseptini bir kənara qoyun.


Çünki daha dadlı resept təqdim edirik. Bu xəmir rus kulinarlarının hər kəsdən gizlətdiyi reseptdir.

 

Tərkibi:


600 ml su
600 ml süd
1,5 stəkan un
1,5 stəkan kartof nişastası
4 ədəd yumurta
1 ç/q duz
3 x/q kərə yağı
3 x/q şəkər tozu
yarım ç/q vanil

 

Hazırlanması:


Telçırpıcı ilə yumurtaları çalın, yavaş-yavaş üzərinə şəkər tozu, duz və vanil tozu əlavə edin. Qarışdırmağa davam edərək, südüdə tökün. Un və nişastanı da kütlənin üzərinə səpin. Yağı su hamamında əridib, xəmirə tökün. Sonda isə isti su əlavə edib, qarışdırın. Xəmiri 30 dəqiqə ərzində kənara qoyub, gözlədin. Sonra isti tavaya 1 kiçik çömçə qədərində əlavə edin. Xəmiri tavanın dibinə hər tərəfli yayın. Hər iki tərəfini bişirib, üst-üstə yığın. İstədiyiniz içlik seçib, süfrəyə verin. Ertəsi gün hər kəs sizin ideal blinçiklərinizdən danışsın. (publika.az)

AzadQadin.az

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !