Gürcüstanda yeni təşkil olunacaq təntənəli Tsinandali Festivalı nın keçiriləcəyi gözlənilir - (+FOTOLAR)

Gürcüstanda yeni təşkil olunacaq təntənəli “Tsinandali Festivalı”nın keçiriləcəyi gözlənilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 8-22 sentyabr 2019-cu il tarixlərində Gürcüstanda yeni təşkil olunacaq təntənəli
“Tsinandali Festivalı”nın keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, festivalın əsas istiqaməti Jinandrea Nozedanın rəhbərliyi ilə Pan Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır. 

Bu orkestrin tərkibində Ukrayna, Türkiyə, Qazaxıstan və Qafqaz ölkələrinin musiqiçilərinin iştirakı nəzərə tutulub.

Azərbaycan musiqiçiləri öncə 4 fevral tarixində BMA-nın professor, müəllim heyəti tərəfindən təşkil ediləndinləyişlərdən keçmişlər.

Bu dinləyişlərdən uğurla keçən musiqiçilər 16 fevral tarixində Tsinandali Festivalının təşkilatçılarından ibarət Komissiya tərəfindən Bakı Musiqi Akademiyasında təşkil olunacaq dinləyişdə iştirak etmişlər.

Dinləyişdə İtalyan dirijoru Klaudio Vandelli, festivalın baş meneceri Vaxtanq Qabidzaşvili, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova,“İfaçılıq fakültəsinin” dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə və “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi Anar Məmmədov juri qismində iştirak etmişlər.
Dinləyiş Gürcüstan çəkiliş qrupu tərəfindən lentə alınmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !