Füzuli-Xocavənd istiqamətində, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbiçilərimizin şəhadətindən 2 il keçir - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

Füzuli-Xocavənd istiqamətində, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbiçilərimizin şəhadətindən 2 il keçir + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

2017-ci il fevralın 25-dən 26-na  keçən gecə  Füzuli-Xocavənd istiqamətində,  düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbiçilərimizin şəhadətindən 2 il keçir.


Mayor Aqşin İsmayıl oğlu Abdullayev, 


baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov,


 Tural Əbdül oğlu Həşimli, 


baş çavuş Zülfü Rəhim oğlu Qədimov, 


əsgər Zakir Nazim oğlu Cəfərov, 


Elvin Süleyman oğlu Əhmədov .


 Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi mərasimdə -  Xocavənd qəsəbəsinə gələn  beş şəhidin doğmaları ilə yanaşı ordu birliyi komandiri, general-mayor Mayıs Bərxudarov, N saylı hərbi hissənin şəxsi heyyəti, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov , rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri və veteranları da iştirak ediblər. 


  Tədbir  iştirakçıları  Xocavənd qəsəbəsində inşa edilmiş şəhidlər abidə kompleksi önünə  gül dəstələri düzüblər. Sonra abidə kompleksinin ərazisində hər bir şəhidin xatirəsinə, şəhid ailələrinin istirakı ilə ağac əkilib. 

 

Bundan sonra mərasim Xocavənd rayon Mədəniyyət evində davam edib . Tədbirdə general-mayor Mayıs Bərxudarov , rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov, anım tədbiri keçirilən şəhid doğmaları çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin inkişaf yolundan, ölkə rəhbərliyinin orduya və o cümlədən şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açılıb. Hər bir şəhid haqqında xatirələr dilə gətirilib... 

 

Bundan başqa şəhidlərin ruhuna ehsan süfrəsi təşkil olunub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !