Bakı Konqres Mərkəzində Mir Cəlal Paşayevin Kəmtərovlar ailəsi hekayəsi əsasında çəkilən İki yad adam filmi nümayiş olunub - (+FOTOLAR)

Bakı Konqres Mərkəzində Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Dünən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə Bakı Konqres Mərkəzində "ADDIM" Gənclər Təşkilatının 6 yaşı münasibəti ilə keçirilən tədbirdə yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub.

Təqdimat mərasimində filmin yaradıcı heyəti ilə yanaşı, rəsmi qonaqlar və tanınmış incəsənət nümayəndələri - xalq artistləri Nisə Qasımova, Brilliant Dadaşova, Həmidə Ömərova, əməkdar artist Tünzalə Ağayeva, aktrisa Sevinc Əliyeva, aparıcı Nərgiz Cəlilova, aktrisa Hüsniyyə Mürvətova və digər şəxslər iştirak edib.

Aparıcılar Fariz İlyasov və İrəm Nəbiyeva tədbiri “ADDIM”-ın fəaliyyətindən bəhs edən video çarxın təqdimatı ilə açıq elan ediblər. Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək “ADDIM”-ın uğurlarından danışıb.

“Milyonlarla km yol bir addımdan başlayır. Artıq 6 ildir ki, biz bu istiqamətdə addımlar atırıq. Bu gün sizinlə sevincimizi paylaşmaq istədik. Videoya baxdıqca kövrəldim. Bu isə sevincdən irəli gələn hisslərdir". Bu sözlərin müəllifi, təşkilatın sədri Hüseyn Cavadzadə isə hər kəsə təşəkkürünü bildirərək çıxışının davamında Ulu öndər Heydər Əliyevin fikirlərini xatırladıb: “Ulu öndər Heydər Əliyev söyləmişdi ki, özünüzü çox xoşbəxt hiss edəcəksiniz, çünki siz müstəqil Azərbaycan Respublikasının vətəndaşları olacaqsınız. Bu fikir gənclərə ünvanlanmışdı. Bu gün biz həm müstəqilik, həm də qüdrətli Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bütün gördüyünüz nailiyyətlər Azərbaycan dövlətinin və siyasətinin gənclərə göstərdiyi qayğının nəticəsidir”.

Bundan öncə dəfələrlə xarici ölkədə təqdim edilən ekran işinin yaradıcı heyəti, əməkdar artist Gülşad Baxşıyeva, aktyor-model Riad Abdul, ssenarist Nicat Dadaşov isə filmin Pekin, Vyana, Astana, Tiflisdə olduğu kimi Bakıda da bəyənilməsindən məmnun olduqlarını bildiriblər. Nicat Dadaşovun sözlərinə görə, Mir Cəlal Paşayevin əsərinə yazılmış növbəti filmin son hazırlıq işləri gedir.

Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.
Sonda isə aparıcılar və addımçılar qonaqlarla birlikdə "ADDIM" üçün yazılmış mahnının sədaları altında flaşmob ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !