"Xocalı Faciəsinin" 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

"Xocalı Faciəsinin" 27-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 26 fevral 2019-cu il tarixdə faciənin 27-ci ildönümü münasibətilə Ağcabədi rayon Şəhidlər Xiyabanında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərlərinin itirakı ilə tədbir keçirildi.Əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov anım mərasimində çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirilib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən aktyorluq və bədii qiraət dərnəyinin üzvləri Xocalı şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya ilə çıxış etdilər.
Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti 20 Yanvar,Xocalı soyqrımı şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.


Fotomüxbir Mais Amin

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !