MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldova Respublikasının parlament seçkilərini müşahidə etmişlər - (+FOTOLAR)

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldova Respublikasının parlament seçkilərini müşahidə etmişlər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 24 fevral 2019-cu ildə Moldova Respublikasının parlament seçkiləri keçiriləcəkdir.

24 fevral 2019-cu il parlament seçkilərində səsvermək üçün hər bir seçicinin iki seçki bülleteninin əldə edilməsinə hüququ vardır: biri ümummilli seçki dairəsi və biri müvafiq birmandatlı seçki dairəsi üzrə səsvermə üçün. Daha iki bülleten respublika məşvərət referendumunun suallarına cavab vermək üçün veriləcəkdir.

Ümumrespublika məşvərət referendumu üçün müxtəlif rəngdə hərəsindən iki bülleten buraxılmışdır. Onlardan biri açıq-sarı olacaq, onunla vətəndaşlar deputatların sayının 101-dən 61-ə qədər azaldılması ilə əlaqədar öz fikirlərini söyləyəcəklər. Digəri isə bej rəngində olacaq, buraya deputatların geri çağırılmasının mümkünlüyü məsələsi daxil olacaq.

Moldova Respublikasının Konstitusiyasına əsasən Parlament 101 deputatdan ibarətdir, onların səlahiyyət müddəti dörd il təşkil edir. 2017-ci ildə Moldova Respublikasının seçki qanunvericiliyinə edilmiş dəyişikliklər müəyyən edir ki, Parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçirilir: 50 deputat ümummilli dairədə proporsional təmsil olunma sistemi qaydasında seçilir; daha 51 deputat – majoritar sistem qaydasında, hər birmandatlı dairədən bir nəfər.

Seçki hüququna malik olan və qanunla müəyyən edilən məhdudiyyətlərin subyekti olmayan 18 yaşı olan Moldova Respublikasının hər bir vətəndaşı deputat seçilə bilər.
Aktiv seçki hüququ məhkəmə instansiyasının qanuni qüvvəyə minmiş qərarı ilə bu hüquqdan məhrum edilən şəxslər istisna olmaqla, səsvermə gününə yaşı 18-ə çatmış Moldova Respublikası vətəndaşlarına verilmişdir.

Seçkilərdə namizədləri irəli sürmək hüququna müəyyən edilmiş qaydada qeydiyyata alınan partiyalar və digər ictimai-siyasi təşkilatlar; Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan seçki blokları; müstəqil namizədlər – Moldova Respublikasının vətəndaşları malikdirlər. Partiya (seçki bloku) namizədlərin ümummilli siyahısını irəli sürə bilər, həmin siyahı ən azı 30 və ən çoxu 55 nəfərdən ibarət olmalıdır, eləcə də 51 birmandatlı dairədən hər biri üçün bir namizəd. Bununla belə namizədlərin siyahıları hər iki cins üçün 40%-lik minimal təmsil olunma kvotasına riayət etməklə tərtib edilir.
Birmandatlı dairə üzrə namizədin qeydiyyata alınması üçün o, irəli sürülmək istədiyi birmandatlı dairədən seçki hüququna malik olan, onun leyhinə olan ən azı 500 və ən çoxu 1000 şəxsin imzası olan imza vərəqələrini təqdim etməlidir. Bununla belə qadın-namizəd öz lehinə ən azı 250 və ən çoxu 500 imza təqdim etdikdə qeydə alınmaq hüququna malikdir.

24 fevral 2019-cu il parlament seçkilərində ümummilli dairə üzrə 14 siyasi partiya və bir seçki bloku iştirak edir; birmandatlı dairələr üzrə 321 namizəd qeydə alınmışdır, onlardan 57 – müstəqil namizədlər, digərləri isə siyasi partiya və ya seçki blokları tərəfindən irəli sürülürlər.
2019-cu ildə seçkilərin hazırlanması və keçirilməsində 51 dairə seçki şurası və 2 141 məntəqə seçki bürosu iştirak edir.

Seçici siyahıları seçicilərin Dövlət reyestri əsasında tərtib edilir. MSK-nın məlumatına görə siyahılara cəmi 2,8 milyondan artıq seçicilərin məlumatları daxil edilmişdir. Seçkilərə 20 gün qalmış seçici siyahıları seçki məntəqələrinin binalarında asılır, həmçinin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir.

Səsvermə 24 fevral 2019-cu ildə 07.00-dən 21.00-dək keçiriləcək. Seçki məntəqəsində növbənin əmələ gəlməsi halda məntəqə seçki bürosu dairə seçki şurası və Mərkəzi Seçki Komissiyasını xəbərdar edərək, səsvermənin ən çoxu 2 saat uzadılması barədə qərar qəbul etmə hüququna malikdir.

Ölkənin kənarında olan Moldova Respublikasının vətəndaşlarının seçki hüquqlarının realizəsinin təmin edilməsi məqsədilə, 24 fevral 2019-cu ildə 36 ölkədə 123 xarici seçki məntəqəsi fəaliyyət göstərəcək. Ən çox məntəqə İtaliyada (29), Rumıniya və ABŞ (hərəsində 12), Rusiya (11) və Fransada (7) açılacaq. Xaricdə yerləşən seçki məntəqəsində səs vermək üçün Moldova Respublikasının vətəndaşı ölkəyə daxil olmaq/ölkəni tərk etmək üçün pasport, və ya dənizçi kitabçasını təqdim etməlidir.

Dairə seçki şuralarının təqdim etdiyi sənədlərə əsasən Mərkəzi Seçki Komissiyası beş gün müddətində səslərin hesablanmasını yekunlaşdırır və müvafiq protokol tərtib edir.

Ümummilli dairədə seçilən Moldova Respublikası deputatlarının mandatları seçkilərdə aşağıdakı təmsil olunma yaşına nail olunması üçün minimal zəruri səsləri əldə edən rəqiblər arasında bölüşdürülür: partiya, ictimai-siyasi təşkilat üçün – səslərin 6%; seçki bloku üçün – səslərin 8%.
24Fevral 2019-cu il tarixində Moldova Respublikasının parlament seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Moldova Respublikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermənin gedişini müşahidə etmişlər.Onlar sesvermənin təşkili və keçirilməsini eləcə də məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə etmiş, səsvermənin gedişi barədə məlumatları mütəmadi olaraq MDB müşahidə missiyasının qərargahına təqdim etmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !