Sumqayıt Dövlət Universitetinin tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda təcrübə keçirlər - (+FOTOLAR)

Sumqayıt Dövlət Universitetinin tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda təcrübə keçirlər (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin (SDU) “Kimya və biologiya” fakültəsinin IV kurs tələbələri AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) təcrübəyə başlayıblar. Təcrübə prosesinin bu ilin fevral ayının 16-dan mayın 25-nə kimi davam etməsi planlaşdırılır. Tələbələr təcrübəyə başlamazdan əvvəl təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılaraq təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün görülən işlər haqqında məlumat alıblar. Sonra SDU-nun institutun nəzdində 2016-cı ildən fəaliyyət göstərən “Yüksəkmolekullu birləşmələr kimyası və ekologiya” Elm və Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

AMEA PMİ-nin direktoru AMEA-nın m/ü., k.ü.e.d., prof. Bəxtiyar Məmmədovun təlimatı əsasında laboratoriyalarda tələbələrə mühazirələr keçirilir, istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, onların təyinatı haqqında məlumatlar verilir, aparılan elmi tədqiqatlara uyğun tərcübələr nümayiş etdirilir.
Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək və təcrübi olaraq dərinləşdirmək üçün hər cür şərait yaradılıb. Təcrübə prosesi tələbələrin elmi işə cəlb olunması, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması məqsədi daşıyır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !