Xocalı soyqırımı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edildi - (+FOTOLAR)

Xocalı soyqırımı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da silsilə tədbirlərlə anılmaqdadır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib. Faciənin dəhşətini gənc nəslə çatdırmaq üçün rayonun mədəniyyət müəssisələrində soyqırımının ildönümünə həsr olunmuş silsilə xatirə gecələri, foto və rəsm sərgiləri keçirilib, hadisə şahidləri ilə görüşlər təşkil olunub.

Tədbirlər proqramının davamı olaraq bu gün Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.

İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub. Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəhşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yumması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !