BDU-da Xocalı soyqırımı qurbanları anılıb - (+FOTOLAR)

BDU-da Xocalı soyqırımı qurbanları anılıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb.

Bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən F.Qurbanov Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasından bəhs edib.

F.Qurbanov Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edəcəyini və işğalçıların layiqli cavablarını alacaqlarınıvurğulayaraq Azərbaycan Ordusunun gücü və qələbə çalmaq əzmindən, uğurlu aprel döyüşlərindən danışıb.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli Xocalı soyqırımının xalqımızın nisgili, dərdi olduğunu vurğulayıb. O, erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, yaşlı insanlaraişgəncələr verildiyiniqeyd edərək soyqırımı nəticəsindəyüzlərlə insanın məhv edildiyini, dövlətimiz tərəfindən faciənin dünyada tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !