ADPU-da Tələbə-gənclərin Gələcəyin Qurucuları adlı I Forumunun BƏYANNAMƏSİ qəbul edilib - (+FOTOLAR)

ADPU-da Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumunun BƏYANNAMƏSİ qəbul edilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoreiyasında fevralın 22-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və ADPU-un rəhbərliyi və ictimai təşkilatlarının təşkilati dəstəyi ilə ADPU-un gənc əməkdaşı Sahil Qələndərovun AzGF-in XI qrant müsabiqəsindən qazandığı layihə olan “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində regional və Bakıdan olan nümayəndələrin iştirakı ilə yekun müzakirələri keçirilib. Qeyd edək ki, layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin, müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələrində düzgün istiqamət göstərməkdir.

Açılışı nitqi ilə çıxış edən layihə rəhbəri Sahil Qələndərov 3 ay ərzində Quba, Cəlilabad və Ağcabədidə keçirilmiş regional panellər və bu müzakirələrdə verilən təkliflər haqda ətraflı məlumat verib.

Forumun moderatoru, ADPU-un Tarix və Coğrafiya fakültəsinin III kurs tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyev “Sosial-ictimai fəaliyyətin gənclərin formalaşmasında rolu” bölməsi üzrə müzakirələrə start verdi. Bölmədə NAYORA sədri Məryəm Məcdiova, ATGTİ sədri Faiq Məmmədov, Azərbaycan Universiteti və Böyük Britaniyanın Qlazqo Universitetinin məzunu, keçmiş AU TGT sədri, Dövlət Gömrük xidmətinin əməkdaşı Orxan Sultanov, ADPU-un İnzibati və iqtisadi işlər üzrə prorektoru, xaricdə təhsil üzrə dövlət proqramından Böyük Britaniyanın Liverpul universitetinin məzunu və ölkədə prorektor vəzifəsini icra edən ən gənc mütəxəssis olan Ümid Mehdiyev və ADPU-un və Avstraliyanın La Trobe Universitinin məzunu Nərgiz Sadıqzadə mövzu üzrə öz fikirlərini bölüşüb, tələbələrin sualları ətrafında müzakirələr davam etdirilib.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” bölməsində isə çıxışçılar ADPU-un Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-un Tədris işləri üzrə prorektoru, s.e.ü.f.d., dosent Eldar Aslanov, ADPU-un Tarix və Coğrafiya fakültəsinin dekanı, c.e.n., dosent Şahin Pənahov və ADPU-un Ümumi Pedaqogika kafedrasının müəllimi, dosent Kəmalə Quliyeva ilə birgə bir çox aspektdə müzakirələr aparılıb.

Yekunda forumun regional mərhələsinin təşkilində yaxından iştirak edən filialların aktiv gəncləri mükafatlandırılıb, bütün iştirakçılar sertifikatla təltif olunub.

Forum heyəti adından bəyənnamə qəbul edilib və universitet rəhbərliyinə təqdim edilib. Sözügedən bəyannaməni diqqətinizə çatdırırıq:


"Tələbə-Gənclərin Gələcəyin Qurucuları adlı Birinci Forumu”

 

BƏYANNAMƏ


2018-ci ilin dekabr və 2019-cu ilin fevral ayları ərzində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhəbrliyi və ictimai təşkilatlarının təşkilati dəstəyi ilə ADPU-un Quba ( 18 dekabr 2018-ci il), Cəlilabad (20 dekabr 2018-ci il), Ağcabədi (20 fevral 2019-cu il) filiallarında regional mərhələləri keçirilmiş, 22 fevral 2019-cu il tarixində isə Bakı şəhərində, ADPU-un Heydər Əliyev Məktəbinin lektoriyasında regional və Bakıdan olan nümayəndələrin iştirakı ilə yekunu keçirilən “Tələbə-Gənclərin Gələcəyin Qurucuları adlı Birinci Forumu” öz fəaliyyəti dövründə tələbələrdən toplanmış fikirlər, təkliflər, aparılan faktiki müşahidələrin, ekspert rəylərinin nəticələrinə əsasən

 

BƏYAN EDİR

 

1. Regionlarda və Bakıda təhsil alan tələbələrin mübadilə proqramları, birgə təcrübə proqramları, qarşılıqlı ekskursiyaları, birgə ictimai və elmi layihələrinin işlənməsi işi stimullaşdırılması;

2. Regionlardakı filiallarda və ADPU-un mərkəzində dərs deyən müəllimlərin mübadilə və təcrübə ezamiyyətlərinin təşkili;

3. Bu forumun növbəti illərdə müntəzəm olaraq ADPU-un mərkəzi və filial bölmələrində keçirilməsinin təşkili və bununla bağlı təqvim-planın hazırlanması ( hər bir filial həmin regiondakı ali, orta ixtisas təhsili müəsisələri və orta məktəblərdən nümayəndələr dəvət etməklə regional müzakirələr aparıb Bakıda keçiriləcək yekun foruma təkliflər versinlər. Yekun forum təkliflər əsasında bəyannamə qəbul edib, ADPU rəhbərliyinə və digər müvafiq ali təhsil müəssisələrinə, o cümlədən Təhsil Nazirliyinə təqdim edilsin.);

4. ADPU-da müəllimlərdən ibarət ekspert qrupunun təşkil edilməsi və onların regionlara, xüsusən ucqar rayon və kəndlərə ezam olunması, oradakı ümumtəhsil məktəblərində ADPU məzunlarının hansı səviyyədə təmsil olunmaları, qarşılaşdıqları çətinliklər, yaxud tətbiq etdikləri müsbət təcrübələr, məktəblərdəki real tədris mühiti və onun universitetin tədris proqramı ilə müqayisəsi əsasında yetişdirilən müəllim kadrlarının faktiki mühitə uyğun, ondan yüksək, yaxud aşağı səviyyəli olmalarının öyrənilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi

 

Məqsədəuyğun hesab olunur

Forum heyəti

22 fevral 2019-cu il. Bakı, ADPU

Xəbəri hazırladı: ADPU-un III kurs tələbəsi Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !