Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları... -

Boyun, bel və oynaq ağrılarından xilas olmağın yolları...

Müasir dövrün əsas bəlalarından biri də fiziki əmək tələb edən işlərin azalması və kütləvi olaraq insanların oturaq həyat tərzi keçirməsidir.

Bu səbəbdən insanların böyük əksəriyyəti boyun, bel və oynaq ağrılarından əziyyət çəkir. Bəs görəsən, əsas səbəblər nədir və bu ağrılardan necə qurtulmaq olar?

Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan tanınmış həkim Seyfəddin Əsəd bildirdi ki, bel, boyun, oynaq ağrılarının əsas səbəbi çox oturmaq və hərəkətsizlikdir: "Eyni standart vəziyyətdə saatlarla durmaq çox zərərdir. Bundan başqa, düzgün qidalanmamaq, orqanizmdə maddələr mübadiləsinin pozulması da ağrılara səbəb ola bilər. Səbəblərdən biri də Azərbaycanda insanların duzu normadan ən azı 5 dəfə artıq gündəlik istifadə etməsidir. İnsanlar duzlu pomidora yenidən duz səpir, xiyar özü duzludur, ona duz tökürük və qədərindən artıq istifadə edirik. Bu ağrılardan qurtulmağın yolu yapon alimi Katsudzo Nişinin hərəkətləridir. Bununla yanaşı, düzgün qidalanmaq və duzdan az istifadə, qırmızı ətdən daha çox meyvə və tərəvəz, qoz-fındığa üstünlük vermək lazımdır. Gündəlik olaraq çox hərəkətdə olmaq lazımdır. Artıq çəkidən qurtulmaq da önəmlidir".

Həkimin sözlərinə görə, bəzi şəfalı bitkilərdən də istifadə etmək olar: "Oynaq ağrılarının, boyun və bel ağrılarının müalicəsində qatırquyruğu, dazıotu, daşyarpızı, itburnu meyvəsinin dəmləməsi və arı ilə müalicə effektlidir. Zəli və qurbağa ilə müalicə də çox yaxşı effekt verir".

Ən dəhşətli məqam isə odur ki, bu ağrılardan əziyyət çəkənlərin yaş həddi getdikcə gəncləşir. Ekspertlər hesab edir ki, yaş irəlilədikcə degenerativ onurğa xəstəlikləri olaraq bilinən bir qrup xəstəliklər meydana gəlir. Onurğada duz yığılması, oynaq xəstəlikləri sinirlərə təsir göstərir. Bel və boyun ağrıları isə insanların gündəlik həyatına təsir göstərir. Müalicə edilmədikdə müxtəlif və daha ciddi problemlərə səbəb olur.

Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bəzən mədə, dalaq, qaraciyər və öd kisəsi problemləri zamanı da beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mədə fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı təsir göstərir, nəticə etibarilə bel ağrısının qarşısını alır.

Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmamasına xüsusilə fikir verməlidir.

Həkim Füzuli Hüseynov isə yazır ki, oynaq ağrılarının səbəbləri müxtəlifdir, insan yaşlandıqca sümük və oynaqlarda deformasiya - əyilmə baş verdiyindən oynağa düşən yük artır və ağrılar da çoxalır, oynaqlarda iltihab, artroz, fəqərəarası oynaqlarda sürüşmə və yırtıqlar əmələ gəlir.

Oynaqlarda əmələ gələn ağrıların ən çox rast gəlinən səbəbi onurğa fəqərələrində baş verən distrofiya (əhali arasında duzlaşma adı ilə tanınır) və onun son nəticəsi olan osteoxondrozdur. Bədəndə maddələr mübadiləsinin pozulması, oynağın qidalanmasının zəifləməsi, oynaq daxilindəki mayenin azalması nəticəsində oynaq qığırdağı distrofiyaya uğrayır, yəni yapıxır və nazikləşir. Nəticədə də oynaqlar bir-birinə sürtülür, qığırdağın tamlığı pozulur, sonda da dəhşətli ağrılar əmələ gəlməyə başlayır. Cavan yaşlardan oynaqları qorumaqla yaşlananda artrit və artroz kimi oynaq xəstəliklərinə tutulma riskini azaltmaq olar. Bunun üçün birinci növbədə hər gün açıq havada 1 saat yeyin addımlarla gəzmək və bol çiy su içmək önəmlidir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !