İcra başçısı gənclərlə görüş keçirdi - - XIRDALANDA (+FOTOLAR)

İcra başçısı gənclərlə görüş keçirdi - XIRDALANDA (+FOTOLAR)

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayon gəncləri ilə görüşü keçirilib.

Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı, eləcə də reallaşdırılan müxtəlif dövlət proqramlarının nəticəsində bu sahə üzrə böyük uğurlar əldə olunub. İcra başçısı bildirib ki, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə malik gənclərimizin ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar bizi hədsiz sevindirir. Onun sözlərinə görə,vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə gənclərimizin ön sırada dayanması, ata və babalarımızın qəhrəmanlıq ənənələrinin davamına parlaq nümunədir.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşür, gəncliyin problemləri ilə daha yaxından tanış olur, onları düşündürən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır.

Daha sonra çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. Son dövrdə Abşeron rayonunda geniş abadlıq və quruculuq işlərinin aparılması, xüsusən gənclərin asudə vaxtının səmərəli təşkili üçün park və xiyabanların, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, gənc kadrlara yüksək etimad göstərilərək irəli çəkilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !