Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək - (+FOTOLAR)

Əlyazmalar İnstitutu Əhməd Yasəvi adına Beynəlxalq Universitetlə əməkdaşlıq edəcək (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Xoca Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız, Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir, Türkiyə Məsdəniyyət Nazirliyinin nümayəndəsi Alim Qorkmaz Azərbaycan Milli Elmlər Akademiyasi Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, insititutun elmi işlər üzrə direktor müavinləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərmov, elmi katib, dosent Əzizaöa Nəcəfov qarşılamışlar. Akademik T.Kərimli qonaqlara institutda mühafizə edilən qədim yazılı abidələr, onların bərpası, elektronlaşdırılması, aparılan tədqiqat işləri barədə müfəssəl məlumat verib. Akademik Əlyazmalar İnstitutunun Ulu Öndər Heydər Əliyevin birbaşa göstərişi ilə yarandığını və fonddan böyük tədqiqat institutuna çevrildiyini bildirib. O, bu gün də institutun ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Sonra söz alan ildə Xoca Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universitetinin Qəyyumlar Şurasıının sədri, professor dr. M.Yıldız universitetin 1991-ci ildə, Qazaxıstanın yenicə müstəqilliyə başladığı bir dönəmdə yarandığını, bütün türk dünyasını əhatə etdiyinin bildirib. M.Yıldız tarixən türk dünyasının böyük hissəsinin Türküstan adı altında birləşdiyini, sonralar türk sözünün unutdurulması məqsədilə onun Orta Asiya kimi təqdim edildiyni xatırladıb. Universitetin əsas məqsədlərindən birinin türk dilini öyrətmək olduğunu qeyd edən M.Yıldız tələbələrin əksəriyyətinin bir il müddətinə hazırlıq keçdiyini və həmin dövrdə onlara türk dilinin öyrədildiyini vurğulayıb.

Görüşün sonunda AMEA Məhəmməd Füzuli adina Əlyazmalar İnstitutu ilə Əhməd Yasəvi adina Beynəlxalq Qazax-Türk Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tərəflərin onlara məxsus fond¬¬larda mövcud olan və Türk xalqlarının ortaq mədəni irsi hesab edilən türkdilli kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının birgə tədqiq və təbliğ edil-məsini, bərpa və mühafizə olunmasını, həmin irsin rəqəmli fondunun yaradılmasını, müvafiq istiqamətlər üzrə birgə elmi-mədəni təcrübə mübadiləsi apar¬mağı nəzərdə tutur. Müqavilə 5 illik müddətə imzalanmış və gələcəkdə də qarışılıqlı razılıq əsasında onun müddətinin uzadıla biləcəyi qeyd edilib.

İmzalanma mərasimindən sonra qonaqlar institutun sərgi salonunda olmuş və xatirə kitabına ürək sözlərini yazmışlar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !