"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin möhtəşəm Final oyunu – - Ağcabədi (+FOTOLAR)

"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin möhtəşəm Final oyunu – Ağcabədi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, fevralın 20-də Ağcabədi şəhərində, ADPU Ağcabədi filialının idman zalında Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin möhtəşəm final oyunları keçirilib.

Finala vəsiqə qazanmış komandalar - ADPU-un Şəki filialının “Avangers”, ADPU-un Cəlilabad filialının “Cənub” və ADPU-un Ağcabədi filialının “Sabah” komandaları finalda gərgin mübarizə aparıblar.
Yarışdan öncə komandaların paradı keçirilib və ADPU-un Ağcabədi filialının fiziki tərbiyə müəllimi, yarışın hakimi Şamil Əmirli komandaların yarışa hazır olması haqqında filialının direktoru, dosent Mətanət Fərzəliyevaya raport verib. Raportu qəbul edən xanım direktor çıxış edərək hər üç filialdan olan tamaşaçıları, finalçı komandaları salamladı və onlara uğurlar arzuladı. O ADPU-un bütün filiallarının vahid bir ailənin üzvləri olduğunu və bu kimi dostluq yarışlarının qarşılıqlı əlaqələrə, tələbələrin mədəni təmasına çox müsbət təsir etdiyini vurğuladı. Filialın tələbəsi Xaliq Abbasovun bu layihəsinin gənclərin regional inkişafına və ADPU filiallarının daha da yaxınlaşmasına stimul verdiyi ifadə olundu.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin təntənəli sədaları altında komanda kapitanları dövlət bayrağını qaldırdılar.

Püşkatmanın nəticələrinə görə əvvəlcə, Cəlilabad və Şəki filialının komandaları meydanda üz-üzə gəldilər. Meydandan qalib ayrılan Şəki filialı Ağcabədi filialının komandasıyla qarşılaşdı. Uzun və qızğın şəraitdə keçən oyunun sonunda Ağcabədi filialının “Sabah” komandası rəqibini 3-0 hesabıyla üstələyərək 20 gündür davam edən yarışların qalibi adını qazandı.

Komandaların təltifetməsi və layihənin bağlanış mərasimində ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, mütəxəssis (ictimai əsaslarla) Cavid Hüseynov, filialın direktoru, dos. Mətanət Fərzəliyeva, layihə rəhbəri Xaliq Abbasov, Cəlilabad rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi, olimpiya kateqoriyalı baş məşqçi Qadir Babayev və filial nümayəndələri iştirak ediblər. Qalib komanda kubok və sertifikat, filial rəhbərliyi tərəfindən pul mükafatı ilə, digər komandalar isə sertifikatlarla təltif edildilər. Sonda xatirə fotosu çəkdirildi.

ADPU, Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !