AzTU da Sağlam həyat tərzinin viruslu hepatetlərin yaranmamasında rolu mövzusunda seminar keçirilib - (+FOTOLAR)

AzTU da “Sağlam həyat tərzinin viruslu hepatetlərin yaranmamasında rolu” mövzusunda seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Fevralın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) Hind klinikasının həkimləri tərəfindən “Sağlam həyat tərzinin viruslu hepatetlərin yaranmamasında rolu” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir. Gənclərlə bağlı həyata keçirilən layihələrə, qanun vercilikdə edilən dəyişiklilərə və gənclərə göstərilən dövlət qayğısına diqqət çəkən prorektor vurğulayıb ki, Azərbaycan gənclər siyasətinin təməlində gənc nəsilin sağlamlığının təmin olunması, onların pis vərdişlərdən uzaq tutulması və yoluxucu xəstəliklərdən müdafiəsi dayanır.

Hind klinikasının rəhbəri dr. Ronald Dmellovə klinikanın həkim koordinatoru Şəfaqət Tağıyeva viruslu hipatetlərin (B,C,D) yaranma, yayılma səbəbləri, əsas əlamətləri, ilkin yardım və profilatkası haqqında tələbələrə geniş məlumat veriblər. Qeyd olunub ki, xəstəlik aşkarlandıqda tezliklə müalicə aparılmasa həyati təhlükə yaranır və müalicənin gecikdirilməsi tam sağalma ehtimalını azaldır.

Sonda dr. Ronald Dmelloonları tələbələrlə görüşdürülməsi üçün yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !