Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının yeni iclası keçirilmişdir - (+FOTOLAR)

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının yeni iclası keçirilmişdir (+FOTOLAR)

20 fevral 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilmişdir.İclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilmiş və 2018-ci ildə görülmüş işlər barədə hesabat, iclas iştirakçıların diqqətinə çatdırılmışdır.Daha sonra 2019-cu il Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənmiş, o cümlədən 2019-cu ildə Gənclər Fondunun maddi texniki bazası əsasında fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş strukturu müzakirə olunmuşdur. İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak etmişlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !