"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin növbəti zona seçimləri- - Cəlilabad (+FOTOLAR)

"Sağlam gələcək, İdmanla gələcək" - regional voleybol yarışı layihəsinin növbəti zona seçimləri- Cəlilabad (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, fevralın 19–də Cəlilabad şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə ADPU-un Ağcabədi filialının Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin ikinci zona seçimləri keçirilib. Yarışlar Cəlilabad şəhər 6 nömrəli məktəbin idman zalında baş tutub.

Tədbirin açılışında ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlı çıxış edərək qonaqları və iştirakçıları salamladı, komandalara uğurlar arzuladı.

Layihə rəhbəri Xaliq Abbasov layihə haqda ümumi məlumat verib əsas məqsədin regionlarımızdakı gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək olduğunu qeyd elədi.
Çıxış edən Cəlilabad rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Elçin Hüseynov son illər respublikada həyata keçirilən gənclər siyasəti və idmana dövlət dəstəyi sayəsində bütün ölkədə olduğu kimi Cəlilabad rayonunda da gənclərin asudə vaxtlarının təşkili və onların yerli, ölkə və beynəlxalq səviyyəli turnirlərdə iştiraklarına müsbət zəmin yaratdığını qeyd elədi.

Ombudsman Aparatının Cənub (Cəlilabad) regional mərkəzinin rəhbəri, hüquqşünas Ziya İsmayılov Azərbaycanda insan və vətəndaş hüquqları sayəsində həyata keçirilən ardıcıl islahatlar, bölgələrdə məişət zorakılığı və gənclərin sağlam ailə mühitində tərbiyə olunması istiqamətində görülən işlərdən danışdı.

Sonra yarışlar başlandı. Beş komanda arasında gedən gərgin mübarizənin yekununda “Cənub” komandası qalib olaraq final mərhələsinə vəsiqə qazandı.

Təltifetmə mərasimində çıxış edən ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan məqsədli islahatlardan, tələbələrin tədris keyfiyyəti və ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən ADPU-un 5 bölgədə yerləşən filiallarına ayrılan diqqət və qayğıdan söz açdı.

Sonda ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlı, Cəlilabad rayon Gİİ rəisi Elçin Hüseynov, layihə rəhbəri Xaliq Abbasov komandaları təltif etdilər və xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, yarışların final mərhələsinin fevralın 20-si Ağcəbədidə keçirilməsi planlaşdırılır.

ADPU, Taleh Mirzəyev

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !